Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya-Ukrayna müharibəsini sülhlə bitirəcək tərəfsiz platforma kimi Türkiyə daha doğru seçim olar"
"Rusiya-Ukrayna müharibəsini sülhlə bitirəcək tərəfsiz platforma kimi Türkiyə daha doğru seçim olar"

Ukrayna 2022-ci ilin martında İstanbulda Rusiya ilə əldə edilmiş razılaşmalardan razı qaldı, amma onlar qüvvəyə minmədi, çünki Kiyevə buna imkan verməmək tapşırılıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib. Putin vurğulayıb ki, Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib, lakin danışıqları “efemer tələblər” əsasında aparmağa hazır deyil. “Biz onlarla danışıqlara hazırıqmı? Biz bundan heç vaxt imtina etməmişik, lakin bəzi müvəqqəti tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki paraflanan sənədlər əsasında”, deyə Putin bildirib.

Rusiya prezidenti dəfələrlə vurğulayıb ki, Moskva münaqişənin həlli ilə bağlı Kiyevlə danışıqlara hazırdır. Ukrayna israr edir ki, onlar Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi “sülh formulası” əsasında aparılmalıdır. O, on bənddən ibarətdir, o cümlədən Rusiya qoşunlarının çıxarılması və Ukraynanın ərazi bütövlüyünün bərpasıdır ki, Moskva bu planı rədd edir.

Ukrayna və Rusiya 2022-ci ilin yazında Rusiya hərbi əməliyyatının başlamasından dərhal sonra danışıqlar aparıb. İstanbul raundunda tərəflər Ukrayna üçün Daimi Neytrallıq və Təhlükəsizlik Zəmanətləri haqqında Müqavilə layihəsini hazırladılar və ilkin olaraq imzaladılar. Sənəd Rusiya, Ukrayna və qarant ölkələrin, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya və Çinin imzalanmasını nəzərdə tuturdu. Lakin sonradan danışıqlar dayandırılıdı. Ukrayna nümayəndə heyətinin rəhbəri Devid Araxamiyanın dediyi kimi, Kiyev İstanbul razılaşmalarından, o cümlədən Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Consonun məsləhəti ilə imtina edib. Putin bu sözləri şərh edərkən Kiyevin Consonun təsiri altında olan razılaşmalardan imtina etməsini kədərli adlandırıb və qeyd edib ki, hərbi əməliyyatlar 2022-ci ildə dayana bilərdi.

Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həm Lavrov, həm də Rusiya prezidenti Ukrayna ilə danışqlara hazır olduqlarını vurğulayır, bununla yanaşı öz şərtlərini də irəli sürürlər. Bu şərtlərdən birincisi, Ukraynanın Qərbin sifarişi ilə hərəkət etməməsidir. Ərazi razılaşmaları da mütləq şəkildə ilk şərtlərdən biridir.

Ramiz Alıyev Ramiz Alıyev

“Bu anlaşma üçün Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanın nəzarəti ilə görüşün keçirilməsi anlaşılandır. Xatırlayırsınızsa, məhz elə taxıl dəhlizinin yaradılması da Rəcəb Tayyip Erdoğanın dəstəyi və onun təklifi, iştirakı ilə təmin olunmuşdu. Çünki nə Rusiya, nə də digər dövlətlər Qərbin hər hansısa bir anlaşma imzalamağa imkan verəcəyinə və Qərbin hər hansı bir razılığa gedən yolu hamarlayacağına və müharibəni dayandıracağı ilə hər hansı bir addımı atacağına inanmır. Bu da doğrudur. Çünki Qərbin öz maraqları var. Orada o maraqlar içərisində Ukraynanın inkişafı, gələcəyi, təhlükəsizliyi, Ukraynanın əhalisinin təhlükəsizliyi, əhalinin həlak olmaması və s. belə anlayışlar yoxdur.

Qərbin öz istəkləri var. Qərbin istəyi ondan ibarətdir ki, ilk olaraq, Rusiyanı zəiflətsin və mümkün qədər Ukrayna və digər ölkələr vasitəsilə Rusiyaya müəyyən təsirlər etsin. Rusiyanı iqdisadi blokadaya salsın, Rusiyanın hərbi gücünü azaltsın. Rusiya da bunu çox yaxşı bilir”-deyən politloq təəssüfləə qeyd edib ki, Ukrayna halhazırda bunu anlamır və bilmir. Ukrayna rəsmiləri başa düşməyib ki, Qərb Ukrayna üzərindən Rusiyaya təsir etməyə çalışır. Ukraynanın əli ilə Rusiyanın hər hansısa bir sahəsini - istər hərbi, istər iqtisadi istərsə də digər sahələrini zəiflətməyə cəhd göstərir.

Politoloqun fikrincə, Ukrayna bunu vaxtında başa düşsəydi, bu müharibə olmayacaqdı. Təəssüf ki, Ukrayna bunu hələ də başa düşmür.

“Bəlkə də anlayıb, geri addım ata bilmir. Çünki Ukraynanın bəzi əraziləri Rusiya hərbçilərinin nəzarətinə keçib. Ukrayna da İstanbulda görüşün keçirilməsinə razıdır. Şərtlərin nə olacağının bəzilərini öncədən bilsək də, digərlərini biz müəyyən edə bilmərik. Çünki Ukrayna özü öz şərtlərini də müəyyənləşdirməyəcək. Ərazilərinin azad olunması məsələsini Ukrayna yəqin ki, ilk şərt olaraq irəli sürəcək. Rusiyanın da şərtlərinin bəziləri məlumdur. Ukrayna Qərbdən imtina etməlidir. NATO-ya üzv olmaq istəyindən imtina etməlidir. Bu kimi məsələlər Rusiya üçün ən önəmli məsələlərindən biridir. İstanbulda belə bir görüşün keçirilməsinə razılıq vermək, bunu istəmək Rusiyanın bəlkə də ən ağıllı taktikalarından biridir. Onlar çox yaxşı bilir ki, İstanbulda və yaxud da Türkiyənin hər hansısa bir şəhərində belə bir görüşün keçirilməsi sülhə aparan bir platforma olacaq”-deyən politoloq hesab edir ki, Rusiyanın özü də artıq bu müharibənin dayanmasını istəyir. Həm Ukraynanın, həm də Rusiyaya qonşu olan digər ölkələrin Qərbin təzyiqi ilə Rusiyaya hər hansısa bir təhlükə yaratmasının qarşısını almağa çalışır. Politoloq vurğulayıb ki, buna görə də Rusiya var gücü ilə çalışır ki, özünə qonşu olan ölkələrin Qərbin təsirindən uzaqlaşdırsın, kənarlaşdırsın.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »