Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki nəfərin ölümünə səbəb olan məmur oğluna 8 il cəza tələbi
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 19 yaşlı Arif Rəhimovun məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdı dövlət ittihamçısı çıxış edərək, A.Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişlərin və təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Proses martın 16-na təyin edilib.

Hadisə ötən il sentyabrın 7-də saat 16 radələrində Səbail rayonunda baş verib. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin 1-ci kurs tələbəsi Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub. O, İdarəetməni itirərək avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

Qəza zamanı Füzuli Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər yaralılar xəstəxanaya yerləşdirilib.

Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »