Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Münhendəki İsrail Baş Konsulluğuna atəş açan şəxsin polisi hədəf aldığı bildirilir - “Bild”
Münhendəki İsrail Baş Konsulluğuna atəş açan şəxsin polisi hədəf aldığı bildirilir - “Bild”

“Münhenin mərkəzindəki İsrail Baş Konsulluğu və Milli Sosializm Tarixi Mərkəzinə atəş açan şəxs növbətçi polis əməkdaşlarını nişan alıb”.

Bizimyol.info xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə istinadən verdiyi məlumata görə, bir nəfər avtomobillə Milli Sosializm Tarixi Mərkəzinin (İsrail Baş Konsulluğu yaxınlıqda yerləşir) binasının yaxınlığında yerləşən polis postuna yaxınlaşaraq uzun lüləli silahla hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Bildirilir ki, cavab atəşi ilə hücum edən şəxs yaralanıb.

Daha əvvəl şəhərin hüquq-mühafizə orqanları "X" sosial şəbəkəsində: “Karolinenplatz ərazisində (Baş Konsulluq və mərkəz yaxınlıqda yerləşir) polis qüvvələri şübhəli şəxsə atəş açıb. Atşma zamanı o yaralanıb. Fövqəladə vəziyyət zonası mühasirəyə alınıb”, - deyə bildirib.

Sentyabrın 5-i 1972-ci il Münhen Yay Olimpiya Oyunlarında Fələstin yaraqlılarının Olimpiya kəndinə girərək iki nəfəri öldürdüyü və İsrail komandasının doqquz üzvünü girov götürdüyü terror aktının ildönümüdür.

Həmin vaxt terrorçular İsrail həbsxanalarında saxlanılan 234 fələstinli məhbusun azad edilməsini tələb ediblər. Almaniya hakimiyyəti yaraqlıları Qahirəyə uçmaq üçün təyyarə ilə təmin etməyə hazır olduqlarını açıqlayıb və onları hava limanında zərərsizləşdirməyi planlaşdırıb. Lakin sentyabrın 6-na keçən gecə polisin keçirdiyi əməliyyat uğursuz alınıb, girov götürülənlərin hamısı ölüb, 5 terrorçu məhv edilib, 3-ü həbs edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »