Fransa prezidenti Emmanuel Makron günün sonuna qədər respublikanın yeni hökumət başçısının adını açıqlaya bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.
Verilən məlumata görə, “yeni baş nazirin adı ilə kommunike saat 17:00-20:00 arasında dərc oluna bilər. Telekanalın məlumatına görə, bu vəzifəyə ən çox ehtimal olunan namizəd Hauts-de-France regionunun (Fransanın şimalı) rəhbəri, keçmiş əmək naziri Ksavye Bertrandır.
Eyni zamanda "BFMTV" qeyd edib ki, yeni baş nazirin təyinatı ilə əlaqədar Makron xalqa müraciət edə bilər.
Fransa parlamentinə iyulun 7-də başa çatan növbədənkənar seçkilərdə solçu Yeni Xalq Cəbhəsi alyansı Milli Assambleyadakı 577 yerdən 182-ni qazanıb. Hazırda Burbon sarayında 168 kürsüyə sahib olan “Respublika naminə birlikdə” prezident koalisiyası finiş xəttində ikinci olub. Respublikaçılar partiyasından olan müttəfiqləri ilə sağçı Milli Ralli partiyası 143 mandat qazanıb. Palatada mütləq çoxluq üçün partiyanın 289 mandatı olmalıdır.
Bu günə qədər Fransa istefadan sonra hökumətdə ən uzun müddət qalma rekordu qırıb. Makron Qabriel Attalın kabinetini nazirlərin yeni hökumət formalaşana qədər vəzifələrini davam etdirmələri şərti ilə istefaya göndərib. Avqustun 26-da Makron Yeni Xalq Cəbhəsinin iqtisadçı ekspert Lucie Castetin Nazirlər Kabinetinin rəhbəri təyin edilməsi təklifini rədd edib.
Qadir, Bizimyol.info