Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürəkənini bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini bıçaqlamaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Bizimyol.info xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Məlum olub ki, Gündüz Novruzov cinayət törədən zaman barəsində məhkəmə hökmü olub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirmiş.

Məhkəmə müşavirədən sonra hazırlıq iclasının qərarını elan edib. Qərara əsasən, iş məhkəmə baxışına təyin edilib və təqsirləndirilən şəxs barəsindəki həbs olmayan qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəzlənib.

G.Hüseynov kürəkəni ilə barışdığını, əməlindən peşma olduğunu deyərək, həbs-qətimkan tədbiri seçilməməsini xahiş edib. Lakin hakim qərarını dəyişməyib. Məhkəmə belə qənaətə gəlib ki, məntəqə tipli cəzaçəkmə müəssisəsi qapalı olmadığından G.Hüseynov ağır cinayət törətdiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Baxış iclası martın 30-na təyin edilib.

G.Hüseynova Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3 (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham verilib.

Hadisə ötən il Qobuda baş verib. Qaynatası G.Hüseynov tərəfindən bıçaqlanan Rəfayel İsmayılov xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »