Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğurluqda təqsirli bilinən 5 uşaq anası barədə hökm dəyişmədi
Qulluqçu işlədiyi evdən oğurluq etməkdə təqsirli bilinən Mehriban Quliyeva barəsində hökmdən verilmiş aprllyasiya şikayətinə baxılıb. Bizimyol.info xəbər verir ki, Mehriban Quliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının təzə doğulmuş körpəsi 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.

Hökmdən narazı qalan zərərçəkmiş Aidə İbrahimova apelyasiya şikayəti verərək, Mehriban Quliyevanın həbsinin təxirə salınmasının ləğv edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiya apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə ittiham edilən Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinib.

Mənzilindən oğurluq edilən Aida İbrahimova BDU-nun professorudur. İttihama görə, onun mənzilindən 41 min manat oğurlanıb. İstintaq və məhkmə dövründə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 4 uşaq anası Mehriban Quliyeva məhkəmə dövründə 5-ci uşağını dünyaya gətirib. O, oğurluq etdiyini boynuna alsa da, məbləğin şişirdildiyini bildirib. Mehriban Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »