Oxu.Az-ın məlumatına görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Arzu Qurbanlı 2016-cı il iyunun 16-da günorta saatlarında şəhərin “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.
Əməliyyatdan 4-5 saat sonra uşaq narkozdan ayılıb, lakin gecə saatlarında onun vəziyyəti pisləşib və o, dünyasını dəyişib.
A.Qurbanlının ölümünə dair keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, uşaq mexaniki asfiksiya, yəni boğulma nəticəsində keçinib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. İstintaqın gedişatında onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Məhkəmənin hökmü ilə İ.Qəmbərova bəraət verilib.