Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən böyük qaz ehtiyatları İrandadır
Dünyanın təsdiq olunmuş ən böyük təbii qaz ehtiyatına sahib olan ölkənin 33,5 trln. kub metrlə İran olduğu açıqlanıb. "Report", "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "BP" şirkətinin "BP 2017-ci il dünya enerji statistikası icmalı" adlı hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, dünyada hazırda təqdiq olunmuş 186,6 trln. kub metr təbii qaz ehtiyatı var ki, bu da 50 ildən çox müddətə dünyanı təmin etməyə kifayət edər. Ən çox təbii qaz ehtiyatı 79,4 trln. kub metr və ya məcmu ehtiyatların 42,5%-i ilə Orta Şərqdə yerləşib. Ən az təbii qaz ehtiyatı isə Cənub və Orta Amerikadadır.

Dünya təbii qaz ehtiyatlarına görə ikinci sırada yer alan ölkə isə Rusiyadır. Onun təsdiq olunmuş 32,3 trln. kub metr qaz ehtiyatı var. Üçüncü sırada yer alan ölkə 24,3 trln. kub metrlə Qətərdir. Bu üçlüyü 17,5 trln. kub metrlə Türkmənistan, 8,7 trln. kub metrlə ABŞ izləyir. S.Ərəbistanının 8,4 trln., Birləşmiş Ərəb Əmirliklərinin 6,1 trln., Venesuelanın 5,7 trln., Çinin 5,4 trln., İraqın isə 3,7 trln. kub metr təbii qaz ehtiyatı var.

Ötən ilin yekunlarına görə, ən çox təbii qaz istehsal edən ölkə isə ildə 749,2 mlrd. kub metrlə ABŞ olub. Beləliklə 2016-cı ildə istehsal olunan qazın 21%-i ABŞ-da hasil olunub. ABŞ-ı 579,4 mlrd. kub metrlə Rusiya izləyib. İran isə ən böyük ehtiyatlara sahib olmasına baxmayaraq üçüncü sırada yer alıb.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
Son xəbərlər
Bütün xəbərlər »