Afrika Birliyi qitə ölkələrində sürətlə yayılan meymun çiçəyi virusuna qarşı Afrika miqyasında fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) baş direktoru Jan Kaseya meymun epidemiyası ilə bağlı açıqlama verib.
Kaseya: "Meymun çiçəyinin Qitə Təhlükəsizliyi İctimai Səhiyyə Fövqəladə Halı kimi elan edilməsi özbaşınalıq deyil, məsuliyyətdir", - deyə qeyd edib.
Afrikadakı hökumətləri meymun xəstəliyinin yayılmasının qarşısını almaq üçün Afrika CDC ilə işləməyə çağıran Kaseya, epidemiyaya qarşı qitəyə peyvənd gətirməyi vəd edib. Kaseya, hadisələrin və ölümlərin sayı ilə bağlı həftəlik görüşlərin keçiriləcəyini bildirib.
Afrika CDC-nin avqustun 9-da dərc etdiyi hesabata görə, yanvar-8 avqust tarixləri arasında Afrikanın 13 ölkəsində 2822 nəfər virusa yoluxub və 14719 şübhəli hadisə qeydə alınıb. Virusdan 517 nəfər ölüb, onlardan 511-i Konqo Demokratik Respublikasında (KDR) olub.
Monkeypoks virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun yaratdığı bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq ən mühüm yoluxma səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.
Qadir, Bizimyol.info