Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın daimi nümayəndəsi: “İsrail terrorçu rejim kimi tanınmalıdır”
İranın daimi nümayəndəsi: “İsrail terrorçu rejim kimi tanınmalıdır”

“Qəzza zolağında mülki əhalinin kütləvi şəkildə həlak olmasına görə BMT İsraili terror dövləti elan etməlidirİranın daimi nümayəndəsi: “İsrail terrorçu rejim kimi tanınmalıdır”.

Bizimyol.info xəbər verir ki, bunu mövqeyi İranın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Əli Bəhreyni deyib.

“Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanın 2.1-ci maddəsinə uyğun olaraq, İsrail rejiminin təsisatları terrorçu kimi tanınmalıdır, buna görə də İsrail rejiminin Fələstinin mülki əhalisinə qarşı həyata keçirdiyi hərəkətlər tamailə terrorun təzahürüdür”, - deyə o, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə və dünya təşkilatının iki xüsusi məruzəçisinə məktub yazıb. İranlı diplomatın məktublarının mətnini "Tasnim" agentliyi təqdim edib.

“İsrail Fələstin liderlərini sıradan çıxarmaqla Fələstinin siyasi kimliyini məhv etməyə və Fələstin xalqını müstəqil dövlət qurmaq hüququndan məhrum etməyə çalışır”, - deyə Bəhreyni qeyd edib.

O, BMT-dən Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsini pisləməyi tələb edib.

Yaxın Şərqdə gərginliyin növbəti mərhələsi iyulun 31-də Haniyənin öldürülməsindən və iyulun 30-da Livanın şiə təşkilatı Hizbullahın hərbi qanadının komandirlərindən biri Fuad Şokrun Beyrutda məhv edilməsindən sonra baş verdi. İran, Həmas və Hizbullah İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »