Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qiymətli mikroelementlərlə zəngin palçıq vulkanları yerli və xarici turistləri cəlb edir - Foto, Video
Qiymətli mikroelementlərlə zəngin palçıq vulkanları yerli və xarici turistləri cəlb edir - Foto, Video

Dünyada 850-dən çox palçıq vulkanı var və onların 300-dən çoxu Azərbaycandadır. Qobustanda Torağay və Böyük Kənizdağ, Abşeronda Otmanbozdağ və Bozdağ-Güzdək kimi ümumi hündürlüyü 400 metr olan nəhəng vulkanlar var. Təkcə Qobustan ərazisində irili-xırdalı 100-ə qədər palçıq vulkanı var. Vulkanlar Bakı arxipelaqındakı adalarda da var. Bu dəfə sizə Qobustanda olan palçıq vulkanlarından danışacağıq.

Qeyd edək ki, Azərbaycana gələn turistlər palçıq vulkanlarının adını eşidən kimi onları görməyə can atır. Palçıq vulkanları sağlamlıq üçün də faydalıdır.

Qobustan palçıq vulkanı / Foto: İradə Cəlil, Bizimyol.info Qobustan palçıq vulkanı / Foto: İradə Cəlil, Bizimyol.info

Qobustandakı Qoturdağ vulkanı yeganə palçıq vulkanıdır ki, 100 ildir ki, palçıq xaric edir. Mütəxəssislərin fikrincə, vulkandan xaricə püskürən palçığın tərkibində olan minerallar dəri və revmatizm xəstəliyi üçün çox faydalıdır. Vulkanik palçığın tərkibində vanadium, manqan, litium kimi qiymətli mikroelementlər var. Eyni zamanda vulkan palçığı bromid, bor və yodla zəngindir. Vulkanik palçığın kosmetologiyada geniş istifadə edilməsinin səbəblərindən biri də zəngin olmasıdır.

Qobustan palçıq vulkanı / Foto: İradə Cəlil, Bizimyol.info Qobustan palçıq vulkanı / Foto: İradə Cəlil, Bizimyol.info

Bu günlərdə yolumuz Qobustandakı palçıq vulkanlarına düşmüşdü. Gördüklərimizi çəkib, sizə də çatdırmaq istədik.

Öncə onu deyək ki, Bakıya gələn əcnəbilər vulkanlara çox önəm verir. Elə getdiyimiz ərazidə də çox sayda əcnəbi var idi. Məsələn; Hindistandan olan əcnəbilər hər dəfə Azərbaycana gələndə mütləq vulkanlara baş çəkdiklərini dilə gətirirlər.

Dəfələrlə bu əraziyə vulkanlara gəlsəm də, bu dəfə fərqli bir dəyişiklik hiss edirdim. Əvvəl vulkanlara gedən yol daha kələ-kötür və təhlükəli idi. İndi isə, keçmişlə müqayisədə bir qədər düzəlib.

Vulkanlar olan ərazidə bəziləri şəkil çəkdirir, bəziləri video çəkirdi. Bəziləri də elə paltarlı şəkildə vulkana baş vuraraq, vulkan palçığından yararlanmağa çalışırdılar.

Əslində vulkanlar təbiətin Azərbaycan torpağına bəxş etdiyi nemətdir. Biz sadəcə onları dəyərləndirməli və daha diqqətəlayiq vəziyyətə gətirməliyik…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »