"Qəzza zolağında müharibə 10 aydır davam etsə də İsrail ordusu hələ güman edilən qələbədən uzaq görünür".
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrailin ehtiyatda olan 100-ə yaxın zabiti Baş Qərargah rəisi Herzi Haleviyə yazdığı məktubda bildirib.
Məktubda: “Son bir neçə gün ərzində yüksək rütbəli ordu rəsmilərinin qələbənin qaçılmaz olduğu və dəqiq basqınlar mərhələsinin davam edə biləcəyi ilə bağlı təkrar bəyanatları bizi məəttəl qoyub. Meydandan gələn bizlər vəziyyətin qələbədən uzaq olduğunu yaxşı bilirik”, - deyə qeyd edilib.
Zabitlər Fələstin müqavimət qruplarının müxtəlif sursatlarla "sərhəddən ötəri hücum etmək qabiliyyətinə malik olduqlarını" ifadə edərək, "Vəziyyət qələbəyə bənzəmir" deyiblər.
Fevral ayında İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın "ABC News" telekanalına verdiyi müsahibədə "qələbənin yaxınlaşdığını" söyləyib. İsrail mediasının məlumatına görə, oktyabrın 7-də Qəzzada başlayan qarşıdurma nəticəsində ən azı 10 min İsrail əsgəri ölüb və ya yaralanıb.
Qadir, Bizimyol.info