Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: ABŞ-da inflyasiyanın hazırkı artım tempi əsrin ən pis göstəricisidir
Tramp: ABŞ-da inflyasiyanın hazırkı artım tempi əsrin ən pis göstəricisidir

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, ölkədə mövcud inflyasiyanın səviyyəsi son əsrin ən pis göstəricisidir.

Bizimyol.info xəbər verir ki, o, bu barədə bazar ertəsi "X" sosial platformasının sahibi İlon Maskala söhbətində bildirib.

"Düşünürəm ki, bizdə inflyasiyası son 100 ilin ən pis səviyyəsi həddindədir", - deyə qeyd edən prezidentliyə namizədin söhbəti sosial şəbəkənin saytında yayımlanıb. Eyni zamanda, Tramp bildirib ki, o, rəsmi məlumatlara inanmır, çünki prezident Co Baydenin administrasiyası inflyasiya dərəcələrini hesablayarkən daxil edilməli olan bir çox parametrləri nəzərə almır.

Müsahibə zamanı Mask inflyasiya ilə mübarizə üçün dövlət xərclərini azaltmaq üçün komissiyaya qoşulmağa hazır olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »