Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SEPAH generalı: İranın cavabını gözləyən İsrail təzyiq altındadır
SEPAH generalı: İranın cavabını gözləyən İsrail təzyiq altındadır

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə İranın vəd etdiyi cavabı gözlədiyi üçün İsrail ciddi təzyiq altındadır.

Bizimyol.info xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, silahlı qüvvələrin elit bölmələri) generalı Əsgər Abbas Kolizadə deyib.

“Cavab vermək və qisas almaq üçün çox gec görünə bilər, lakin düşmən gözləmə vəziyyətində olarkən böyük təzyiqlə üzləşir. Ya səbir və mətanət, ya da cavab üçün Ali Rəhbərdən əmr gözləyirik”, - deyə "İSNA" xəbər agentliyi hərbi rəhbər Kolizadənin sözlərindən sitat gətirib.

“SEPAH, ordu və hüquq-mühafizə qüvvələri qabaqcıl və texnoloji cəhətdən inkişaf etmiş silahlarla düşmənin təhdidlərinə qarşı tam hazırdır”, - deyə general əlavə edib.

İyulun 31-də HƏMAS İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində Haniyənin öldüyünü elan edib. İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei deyib ki, İsrail “əziz qonağının” qanına görə çox yüksək əvəz ödəyəcək və ağır cəzaya məruz qalacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »