Artıq əncir fəslidir. Əncirin vətəni Bakı kəndləridir. Xüsusilə, Nardaran və Maştağa qəsəbələrində yetişən əncirin faydalarından danışmaqla bitməz. Hazırda əncirin bir kiloqramı 1,50 qəpikdən başlayır. Böyük, iri əncirlərin bir kilosunu 3 manata ala bilərsiniz.
Əncir yumşaq və çeynənən bir quruluşa malik, yeməli toxumlarla dolu bir meyvədir.
Əncir və yarpaqları müxtəlif qida maddələri ilə doludur və sağlamlıq baxımından əhəmiyyətlidir. Həzmi tənzimləməyə, ürək sağlamlığını qorumağa və qan şəkərini idarə etməyə kömək edə bilər.
Təzə əncir qida dəyəri baxımından çox zəngindir. Digər qidalarla müqayisədə kalorisi azdır. Bu səbəbdən pəhriz saxlayan insanlar ənciri siyahılarına əlavə edə bilərlər. 1 (65 qram) təzə əncirin tərkibində 48 kalori, 0,2 qram yağ, 12,47 qram karbohidrat, 0,49 qram zülal, 1,89 qramlif, 22,75 mq kalsium, 0,65 mq natrium, 150 mq kalium, Vitamin A, Vitamin C: 1,3 mq, dəmir - 0,24 var.
Əncir qida dəyəri baxımından çox qidalı bir meyvədir. Qan təzyiqini idarə etməyə, həzmi tənzimləməyə, qəbizliyin qarşısını almağa, arıqlamağa, ürək sağlamlığını qorumağa, oynaqları gücləndirməyə və reproduktiv problemləri müalicə etməyə kömək edir.
Əncir hüceyrələrin bərpasına kömək edir. Eyni zamanda həzm sisteminin düzgün işləməsini dəstəkləyir, insulinin balanslaşdırılmasında rol oynayır, qan təzyiqini tənzimləyir, ürək sağlamlığını qoruyur, bədənin gündəlik vitamin ehtiyacını əhəmiyyətli dərəcədə ödəyir, bədəni bakteriyalardan qoruyur, sümükləri gücləndirir.
Əncir eyni zamanda menopozda döş xərçənginə qarşı təsirlidir. Ziyillərin əmələ gəlməsinin qarşısını ala bilər.
Əncirin tərkibindəki yüksək miqdarda vitamin və minerallar sayəsində hüceyrə yenilənməsində təsirli rolu vardır. Əncir bədənin gündəlik vitamin tələbatı üçün vacibdir.
Əncir qanda yağ səviyyəsinə və qan təzyiqinə təsir edərək damar sağlamlığının yaxşılaşdırılmasında rol oynayır və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.
Liflə zəngin olan əncir çəkisinə nəzarət etmək istəyənlər üçün gözəl vasitədir. 2 və ya 3 ədəd quru əncir yemək, gün ərzində uzun müddət toxluq hissi keçirməyinizə kömək edəcək.
Quru əncir zəngin bir B6 vitamini mənbəyi olduğundan, orqanizmdə xolesterinin səviyyəsini qoruyur və qidaların asan həzmini təmin edir. Tərkibindəki B və C vitaminləri sayəsində dərinin yenilənməsi və möhkəmliyində əhəmiyyətlidir.
Qəbizlik üçün üstünlük verilən əncir bəzi hallarda ishal və ya həzm problemlərinə səbəb olur. Əncirin tərkibində təbii lateks olduğundan bəzi insanlarda bu meyvəyə allergiya ola bilər.
Təzə əncirin tərkibində quru əncirdən daha çox C vitamini, A vitamini və beta-karotin var. Qurudulmuş əncir və təzə əncir faydaları ilə seçilən qidalardır. Son zamanlarda körpə ənciri olaraq da bilinən formasız qurudulmuş əncir daha çox istehlak edilir.
İradə Cəlil, Bizimyol.info