Torpaq, təbaşir, gil kimi qidasız maddələr yemək vərdişi kimi tanınan "Pika" sindromu ciddi sağlamlıq problemidir. Uşaqlarda və böyüklərdə əsas səbəblər fərqlidir.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, pika müalicə olunmazsa həyati təhlükə yarada bilər.
Torpaq, gil, təbaşir və saç kimi qidalandırmayan maddələr yemək vərdişi ilə xarakterizə olunan pika sindromu əslində ciddi bir yemək pozuqluğudur.
Üstəlik, uşaqlarda daha çox rast gəlinsə də, hər yaşda olan insanlarda görülə bilər. Uşaqlarda görülən pika adətən vitamin çatışmazlığını göstərir. Böyüklər üçün vəziyyət bir az daha mürəkkəbdir... Çünki pika sindromu tez-tez yetkinlərdə başqa bir əsas psixiatrik xəstəliyi göstərə bilər.
Pika sindromu müalicə olunmazsa, ciddi sağlamlıq problemləri qaçılmazdır. Xəstəliyin həm fiziki, həm də psixoloji ölçüləri olduğu üçün müalicə prosesində çoxşaxəli fəaliyyət tələb olunur. Uşaqlarda və böyüklərdə pika sindromunun səbəbləri və müalicə proseslərini Psixiatr Prof. Dr. Nesrin Dilbaz izah edib.
Uşaqlarda vitamin çatışmazlığı nədən yaranır?
Ümumi yemək pozğunluğu olan Pika sindromu ən çox 2-3 yaş arası uşaqlarda baş verir. Doktor Dilbaz bu vəziyyətin adətən uşaqlarda vitamin çatışmazlığı səbəbindən inkişaf etdiyini və belə davam etdiyini deyir: “Müəyyən olunub ki, “Pika” sindromu dəmir, kalsium, sink, B1 vitamini və B6 vitamini kimi çatışmazlığı olan uşaqlarda da müşahidə olunur. Bu vitamin çatışmazlığı aradan qaldırılanda problem həll olunur”.
“Ancaq bəzən vitamin çatışmazlığı problemi həll olunsa belə, problem davam edə bilər. Daha sonra pika sindromuna səbəb olan psixoloji səbəblər araşdırılır. Ailədə ünsiyyətin olmaması, valideynlərin laqeydliyi və ya stimullaşdırılmaması uşaqlarda qidalanma pozğunluğuna və pika sindromuna səbəb ola bilər”, - deyə prof. Dr. Dilbaz qeyd edib.
O, müalicə edilmədiyi təqdirdə yarana biləcək problemləri belə ümumiləşdirir: “Uşaqlarda özünə inamın olmaması depressiya və narahatlıq riskini artırır. Əslində, yeyilən maddələrin zəhərli təsirləri səbəbindən məktəbdə təhsil almaq səviyyəsi aşağı düşür. Onlara mümkün qədər tez müalicə edilməlidir, çünki bu, həm məktəbdə, həm də evdə digər şəxslərlə sosial münasibətlərə mənfi təsir göstərir”, - deyə əlavə edib.
Gənclərdə pika sindromu üçün stress faktordur
“Pika” sindromu yeniyetmələrdə və ya gənc yetkinlərdə stresslə mübarizə yolu kimi baş verə bilər.
Prof. Dr. Dilbaz: “Stress və narahatlıq artdıqda, yemək davranışı ilə stressi idarə etmək və narahatlıq və depressiya ilə mübarizə aparmaq üçün bir bağlılıq var”, - deyib.
Beləliklə, böyüklərdə görülən “Pika” sindromu nəyi göstərir? sualına: "Yetkinlərdə “Pika” sindromu olduqda, bu, birbaşa psixiatrik xəstəlik hesab olunur.", - deyə Cavab verən Prof. Dr. Dilbaz sözünə belə davam edib:
“Yetkinlərdə “Pika” sindromu dopamin çatışmazlığından qaynaqlana bilər və ya şizofreniya, obsesif-kompulsif pozğunluq (OKB) və ya depressiya kimi başqa bir əsas psixiatrik xəstəliyin əlaməti ola bilər”.
İlk növbədə bunun “xəstəlik” olduğunu qəbul etmək lazımdır.
“Pika” sindromu müalicə edilməli olan bir xəstəlikdir. Ancaq insanların çoxunun bunun bir xəstəlik olduğunu qəbul etmədiyini ifadə edən Prof. Dr. Dilbaz: “Bəzi hallarda insanlar yaşadıqları vəziyyəti qəbul etmir, hətta gizlədirlər... Müalicə axtarmırlar. Belə hallarda orqanizmdə zəhərli maddələr toplanır və həyati təhlükə yaradır”, - deyir.
Prof.Dr.Dilbaz müalicə prosesinin komanda ilə aparılması lazım olduğunu da vurğulayır. O, bunun səbəbini belə izah edir: “Əgər xəstəlik dopamin çatışmazlığından qaynaqlanırsa, onun komandasındakı psixiatr və psixoloq xəstənin bu mövcud psixoloji amillərinə diqqət yetirməlidir. Bu müalicə qrupunda bir diyetisyen ilə birlikdə qidalanma planı hazırlanmalıdır. Bu müalicənin ən vacib hissəsidir. Çünki insanı yanlış qidalanma meylinə sövq edən amillər aradan qaldırılmalıdır”.
Qadir, Bizimyol.info