Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail Haniyəni öldürdüyünü etiraf edib - Ağ Ev qəzəblənib
İsrail Haniyəni öldürdüyünü etiraf edib - Ağ Ev qəzəblənib

Son günlər ardıcıl hücumlar və HƏMAS lideri Haniyənin öldürülməsi ilə gərginliyin pik həddə çatdığı Yaxın Şərq günə isti bir xəbərlə başlayıb. ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin hərbi mövqelərini vurduğu bildirilib. ABŞ mediası isə sarsıdıcı bir iddia ilə çıxış edərək İsrailin Haniyənin qətlindən dərhal sonra sui-qəsdin arxasında olduğunu ABŞ-a çatdırdığını və Ağ Evin qəzəbləndiyini yazıb.

Bizimyol.info xəbər verir ki, "Washington Post"un Ağ Evdəki hadisələrdən xəbərdar olan mənbələrindən əldə etdiyi məlumata görə, İsrail HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən dərhal sonra ABŞ-ı məlumatlandırıb.

Qəzetin yazdığına görə, Bayden administrasiyası Haniyəni öldürmək qərarından qəzəblənib və İsrailə Qəzzada atəşkəs üçün aylarla davam edən diqqətli danışıqları poza biləcəyindən narahat oluğunu bildirib.

"Washington Post" qəzetinin yazdığına görə, ABŞ İsrailin Hizbullah və ya İran komandirlərini öldürmək üçün növbəti əməliyyatlara başlamazdan əvvəl onlara məlumat verməməsindən qəzəblənib. Qəzetin adını açıqlamadığı bir İsrail rəsmisi baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında keçən həftə telefon danışığının "gərgin" olduğunu təsdiqləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »