Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google"un 23 milyard dollarlıq təklifi rədd edilib
"Google"un 23 milyard dollarlıq təklifi rədd edilib

Mövzu ilə bağlı açıqlama, "Google"un 23 milyard dollara satın alacağı "Wiz"dən gəlib. Şirkət satın alma cəhdini təsdiqləsə də, təklifi rədd edəcəklərini bildirib. Təfərrüatlar barədə...

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, keçən həftə paylaşılab bir xəbərdə ABŞ mərkəzli texnologiya nəhəngi "Google"un kiber təhlükəsizlik şirkəti "Wiz"i 23 milyard dollara almağı planlaşdırdığını barədə məlumat verilib. Bu satınalma baş versəydi, "Google" öz tarixində ən böyük alışı həyata keçirmiş olardı.

Lakin "Google"un planları iflasa uğrayıb. "Wiz"in baş direktoru Assaf Rappaport işçilərə e-poçt göndərərək təklifi rədd edəcəklərini bildirib. Əslində, Rappaport "Wiz"in satılma ehtimalının tamamilə rədd edildiyini bildirib.

"Wiz" ictimaiyyətə açıq olacaq

E-mailində şirkətin gələcək planları barədə də məlumat verən baş direktor Assaf Rappaport "Wiz"in ictimaiyyətə təqdim ediləcəyini bildirib. Beləliklə, şirkət yaxın gələcəkdə birjaya daxil olacaq. Rappaport bu cür təkliflərə yox deməyin çox çətin olduğunu, lakin o, həm özünə, həm də komandasına çox arxayın olduğunu bildirib.

"Google"dən  "Wiz" ilə bağlı yayılan xəbərlərə heç bir açıqlama verilməyib. Lakin bu, təəccüblü deyil, çünki "Google" ötən həftə susmağa üstünlük verib. Gözləyək, görək şirkət belə böyük bir satınalma planının həyata keçməsi haqqında nəsə deyəcəkmi...

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »