Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından potensial namizəd Kamala Harrislə debat etmək niyyətində olub-olmadığına cavab verib.
Bizimyol.info xəbər verir ki, bu barədə yazıçı Stiven Kinq "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Tramp Kamala Harrislə debat etməyəcəyini açıqlayıb. Hələlik bunun əhəmiyyətli olacağının düşünür. Ehtiyac yaranarsa, bu barədə yenidən dəyərləndirmə etmək üçün kifayət qədər zaman var", - deyə o qeyd edib.
Xatırladaq ki, Tramp Co Baydenlə debat keçirib və hazırkı dövlət başçısı üçün bu müzakirə uğursuz başa çatıb. Bu nəticəyə görə ABŞ prezidentinə seçkidən namizədliyini geri götürməsi üçün təzyiqlər edildi və o, son nəticədə bunu qəbul etmək məcburiyyətində qaldı.
Qadir, Bizimyol.info