ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsindən sonra yarışa qatılan ABŞ vitse-prezidenti Kamala Harrisin seçki kampaniyasına son 24 saat ərzində 81 milyon dollar yardım edilib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ-da seçki yarışı davam edir. ABŞ prezidenti Co Baydenin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdükdən sonra dəstəyini açıqladığı vitse-prezident Kamala Harrisin seçki kampaniyasına son 24 saatda 81 milyon dollar ianə edilib.
"Biz Harrisin kampaniyasının ilk 24 saatında 81 milyon dollar topladıq. Bu, tarixdə ən böyük 24 saatlıq ianə toplanmasıdır", - Harrisin seçki kampaniyasının sözçüsü Ammar Moussa bildirib.
O qeyd edib ki, son 24 saat ərzində 880 min donor iştirak edib, donorların 60 faizi 2024-cü il seçkiləri üçün ilk ianələrini edib.
Qadir, Bizimyol.info