UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında bu gün səfərdə İsveçrənin "Luqano" komandası ilə qarşılaşacaq "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo tək düşüncələrinin qələbə olduğunu bildirib.
Bizimyol.info türkiyə mətbuatına istinadən xəbər verir ki, Mourinyo matçın keçiriləcəyi Thun stadionunda keçirilən mətbuat konfransına müdafiəçi Aleksandr Djiku ilə qatılıb.
"Fənərbağça"ya təyin olunduğu üçün məmnun olduğunu bildirən portuqaliyalı çalışdırıcı bunları deyib: "İndiyədək təxminən 30 məşq və 5 yoldaşlıq oyunu keçirmişik. Hər məşqdən, hər bir futbolçunun çıxışından çox razı qaldım. Hər kəs mənə uyğunlaşmaq üçün əlindən gələni edir. Oyunçular addım-addım komandaya qoşuldular. Avropa çempionatından kənarlaşdırılandan sonra gələn futbolçular var idi. Sonuncu qrupa qoşulan futbolçularla cəmi 3 məşq etdik. İlk gündən gördüyümüz işdən həzz aldıq. Yaxşı başlanğıc etmək vacibdir, biz belə matçları nəzərə alaraq məşq etdik".
Joze Mourinyo matçın sintetik örtüklü meydançada oynanılacağını xatırladıb: "Sintetik örtüklü meydan sahiblərinin seçimidir, bunun onlar üçün üstünlük olduğunu düşünürlər. Futbol həmişə gözəl, yaşıl meydançalarda oynanmalıdır. Hələ də bundan üstünlük kimi istifadə etməyə çalışan klublar var. Biz də buna uyğunlaşmalıyıq. Biz yerin quru olduğu yerdə məşq etdik, top yaşıl yerə nisbətən daha yavaş hərəkət edir, lakin biz buna uyğunlaşmalıyıq və bugünkü matçda qalib gəlməliyik", - deyə qeyd edib
qiymətləndirməsini etdi.
Əhəmiyyətli oyunçularla dolu bir heyətə sahib olduqlarını bildirən Djiku: "Fənərbaxça böyük komandadır və böyük komandanın böyük oyunçuları var. Bu, rəqabəti artırır və rəqabət komandaya fayda gətirir. Bütün oyunçular əllərindən gələni etməyə çalışırlar. Luqano yaxşı komandadı, keçən mövsümə baxsaq, liqanı ikinci yerdə bitirdilər, çox qol vuran komandadı. Biz də bugünkü oyunu səbirsizliklə gözləyirik.
Özümüzü hazır hiss edirik, ilk rəsmi oyuna yaxşı başlamaq istəyirik. Məqsədimiz həm ölkə daxilində, həm də ölkə xaricində bütün oyunlarda qələbə qazanmaqdır”, - deyib.
Luqano baş məşqçisi Croci-Torti: "Bir xəyalımız var və o da Fənərbaxçanı yarışdan çıxarmaq", - deyib.
Joze Mourinyonun rəhbərliyi altında ilk rəsmi oyun 23 iyul 2024-cü il, çərşənbə axşamı keçiriləcək. Qarşılaşma saat 22.30-da başlayacaq.
Qadir, Bizimyol.info