Hindistanda 19 yaşlı qadının başından sağlamlığını yaxşılaşdırmaq üçün qoyulduğu iddia edilən 77 iynə çıxarılıb. Bu "müalicə"ni həyata keçirdiyi iddia edilən şəxs polis tərəfindən həbs edilib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Hindistanın şərqindəki Odişa əyalətində yaşayan qadın müşahidə altında saxlanılıb. Səlahiyyətlilər qadının psixoloji probleminin olmadığını bildirib.
Gənc qız şiddətli baş ağrısı şikayəti ilə cümə axşamı əyalətin Bhima Bhoi Tibb Kolleci və Xəstəxanasına yerləşdirilib. Rentken olunan zaman onun başında çoxlu iynələr sançıldığı məlum olub. Əvvəlcə səkkiz iynə çıxarılsa da, vəziyyəti yaxşılaşmayıb və ona görə də gənc qadın başqa xəstəxanaya köçürülüb. Burada aparılan iki əməliyyat zamanı daha 70 iynə çıxarılıb.
Əməliyyat gecə saat 2 radələrində başlayıb və bir saat yarım davam edib. İynələrin heç birinin sümüklərə nüfuz etmədiyi bildirilərkən, onların yumşaq toxuma qanamasına səbəb olduğu qeyd edilib.
İynələrin qadının başına hansı səbəbdən vurulduğu hələlik bəlli olmasa da, "şər qüvvələrdən xilas olmaq üçün müalicə" məqsədilə onun başına onlarla iynənin vurulduğu etimal edilir. "Müalicə" edən şəxs dindirildikdən sonra məsələyə aydınlıq gətiriləcək.
Qadir, Bizimyol.info