ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından iki namizədi məğlub etmək üçün unikal imkana malik olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə keçmiş prezident Tramp "X" sosial platformasında kampaniyasının yaydığı bəyanatda bildirib.
"Bu, təkcə bir Demokrat namizədi deyil, eyni anda və bir ildə iki namizədi məğlub etmək üçün unikal fürsətdir", - deyə Respublikaçılar Partiyasından prezidentliyə namizədi qeyd edib.
ABŞ-ın hazırkı prezidenti Co Bayden iyulun 21-də vitse-prezident Kəmalə Harrisin bu vəzifəyə Demokratik namizəd kimi irəli sürülməsini dəstəkləyərək noyabrda yenidən dövlət başçısı seçilmək istəməyəcəyini açıqlayıb.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını avqustun 19-22-də Çikaqoda (İllinoys) keçiriləcək milli qurultayda namizədliyinin təsdiqlənməsi gözlənilən Bayden tərəfindən təmsil olunacağı güman edilirdi. Bununla belə, Baydenin iyunun 27-də ABŞ-da, o cümlədən demokratlar arasında Respublikaçı Donald Trampla seçkiqabağı televiziya debatındakı fəlakətli çıxışından sonra onun ən yüksək hökumət postunu saxlamaq cəhdlərindən əl çəkməsi çağırışları daha da gücləndi. Nəhayət, Bayden seçki yarışından çəkildiyini elan edib.