Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub
Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub

Gürcüstan Respublikası ərazisində zəlzələ olub.

Bizimyol.info xəbər verir ki, Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Azərbaycanda da hiss olunub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:10-da Zaqatala stansiyasından 56 km cənub-qərbdə, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı yerin 14 km dərinliyində oluğu bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »