Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, rusiyalı hərbçini güllələyən Ukrayna milliyyətçi "Azov" birləşməsinin üzvlərinə qarşı heç bir hümanistlik göstərilməməlidir.
Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Medvedevin sözlərinə görə, Ukrayna hərbçilərinə yeganə cavab “ümumi edamlar” ola bilər.
Siyasətçinin fikrincə, azovluların hərəkətlərinin Cenevrə konvensiyalarını pozması barədə fərziyyələr irəli sürməyin belə mənası yoxdur: “Doğma universitetimdə mənə yaxşı dərs deyirdilər, bu barədə yazmağa belə ehtiyac yoxdur. Burada heç bir mərhəmət ola bilməz. Burada yaxşılığa yer yoxdur. Sadəcə öldürün!
Dəfələrlə müraciət etdiyim Simonov kimi! Yadınızdadır? Onlara yazığı gəlməyə ehtiyac yoxdur, bunu mənası da yoxdur! Heç kimə! Kimisə əfv ediblərmi? Yalnız ümumi edamlar. Başqa seçim yoxdur. Mərhəmət haqqında söz demək artıqdır. İnsanlıq yoxdur, onlara əfv ola bilməz”, - deyə Medvedev "Telegram" kanalında yazıb.
Medvedev hesab edir ki, belə insanların yaşamaq hüququ yoxdur. “Öldür, öldür və öldür. Bu, düşmənin müharibə haqqıdır!” - deyə Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib.
O, artıq adı çəkilən Konstantin Simonovun şeirindən sitat gətirib:
"Heç olmasa birini öldürün
Tez onu öldürün
Onu neçə dəfə görəcəksən,
Onu neçə dəfə öldürəcəksən!"
Qadir, Bizimyol.info
Qeyd: İnsanı xüsusi amansızlıqla öldürmək hətta müharibə şəraitində belə qəbuledilməz haldır. Amma müharibə şəraitində səni öldürə biləcək düşməni bağışlamaq özünü, silahdaşlarını və vətənini təhlükəyə atmaq deməkdir. Bunun nə demək olduğunu müharibədə silahdaşlarının qanlı cəsədini, parçalanmış bədənini görənlər bilər, kabinetdən "öldür" əmri verənlər, nə qədər "ayıq" olsalar da, o dəhşəti tam olaraq qavraya bilməzlər. Medvedev bunu, nə vaxtsa, "ayıq başla" düşünməlidir.