Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xalxın uşağı" toy edəndə... 4 min nəfərin qatıldığı "qəbilə" toyunda gəlinə 3 kilo qızıl hədiyyə ediblər
"Xalxın uşağı" toy edəndə... 4 min nəfərin qatıldığı "qəbilə" toyunda gəlinə 3 kilo qızıl hədiyyə ediblər

Türkiyənin Van bölgəsində Küresunni tayfasına mənsub iş adamı Murat İrezin oğlu Bayram İrez ilə MHP vilayət rəhbəri Salih Güngöralpın qızı Aslı Güngöralp möhtəşəm toy edib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kürəsunni qəbiləsində yaddaqalan toy şənliyi keçirilib.

Təxminən 4 min nəfərin qatıldığı toyda qəbilə liderləri, QHT rəhbərləri, siyasi partiya nümayəndələri, iş adamları və çoxlu sayda qonaq iştirak edib. Təxminən 1 ton ətin bişirildiyi toyda gəlinə 3 kilo qızıl, bəyə isə təxminən 4 milyon TL hədiyyə edilib.

Toydan sonra çıxış edən ağsaqqal Həsən Tonqa: “Toyumuzda təxminən 4 min qonaq iştirak edib. İrez və Güngöralp ailələrinə çox təşəkkür edirəm. Çox gözəl toy hazırlayıblar. Məclisdə İrandan, Rusiyadan, Azərbaycandan və İraqdan, həmçinin Antalyadan, Ankaradan, İstanbuldan, İzmirdən dəyərli qonaqlar iştirak etdi. Belə gözəl toyda hamını bir yerdə görmək bizim üçün xoş oldu. Unutduğumuz və ya dəvət etməyə vaxt çatdıra bilmədiyimiz insanlar ola bilər. Hər kəsdən üzr istəyirik. Toyumuzda iştirak edən hər kəsə təşəkkür edir, bəylə gəlinə ömür boyu xoşbəxtlik arzulayıram”, - deyib.

Bəyin atası Murat İrez 4 uşaqdan ilk övladının toyuna sahib olmaqdan xoşbəxt olduğunu vurğulayaraq: “4 övladım var, ilk övladımın toyunu təşkil etdik. Mən çox xoşbəxtəm. Toyumuzda yerli və xaricdən 4 minə yaxın insan iştirak etdi. İrez ailəsi adından onların hamısına dərin təşəkkürümü bildirirəm. Toyumuzda iştirak edərək bizi şərəfləndirdilər”, - deyib.

AK Partiya Van vilayətinin rəhbəri Emre Güray və VATSO İdarə Heyətinin sədri Zahir Kandaşoğlunun şahidlik etdiyi toy mərasimi türk və kürt mahnılarının müşayiəti ilə halay rəqsi ilə başa çatıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »