Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mən qocalmışam, rəqibim də gənc deyil”: Bayden prezident seçkilərində iştirakla bağlı mühüm açıqlama verdi
“Mən qocalmışam, rəqibim də gənc deyil”: Bayden prezident seçkilərində iştirakla bağlı mühüm açıqlama verdi

ABŞ prezidenti və bu posta namizəd, demokrat Co Bayden qoca olduğunu etiraf etsə də, rəqibi eks-prezident respublikaçı Donald Trampın özündən cəmi bir neçə yaş kiçik olduğuna diqqət çəkib.

Bizimyol.info xəbər veir ki, Amerika lideri "NBC News"a müsahibəsində seçki yarışında iştirak üçün mübarizəni davam etdirmək qərarını müdafiə edib: "Mən qocalmışam, amma rəqibim də gənc deyil... Mən, birincisi, bi nömrəli rəqib olan Trampdan cəmi üç yaş böyükəm. İkincisi isə əqli kəskinliyim ondan çox üstünəm", - deyə dövlət başçısı qeyd edib.

Bayden 3,5 ildə hər hansı bir prezidentin uzun müddət ərzində etdiyindən daha çox işlər gördüyünü iddia edib: “Söhbət görülən işlərdən gedirsə, mən buna görə mühakimə olunmağa hazıram... İnsanların nə istədiklərini başa düşürəm: “Vallah, onun 81 yaşı var. Heyrət! Vay. 83 və ya 84 yaşı olanda nə olacaq?” Bəlkədə bu, haqlı sualdır. Amma sötbət təkcə yaşdan gedirsə, mənim hələ ki, əsas rəqibim sayıyan insan da gənc deyil axı”, - deyə Prezident əlavə edib.

Seçki yarışı noyabrın 5-nə təyin edilib. Co Bayden və Donald Tramp arasında ilk teledebat iyunun sonunda baş tutub. “The Wall Street Journal” yazır ki, hazırkı dövlət başçısı uğursuzluğa düçar olub. Jurnalistlər qeyd etdilər ki, prezident “kəkələyir” və respublikaçı qədər enerjili görünmür.

İyulun əvvəlində Qərb mediası Demokratlar Partiyasının 168 nüfuzlu üzvünün Baydeni prezidentlik yarışında iştirakdan imtina etməyə və yerini başqa bir demokrata verməyə çağırdığını aşkar edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »