Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rumıniyada qonur ayıların məhv edilməsinə icazə verən qərar qəbul edilib
Rumıniyada qonur ayıların məhv edilməsinə icazə verən qərar qəbul edilib

Rumıniya parlamenti qorunan növlərin “həddən artıq populyasiyasına” nəzarət etmək məqsədilə bu il təxminən 500 ayının məhv edilməsini təsdiqləyib. Keçən həftə Karpat dağlarında ayı hücumu nəticəsində bir turistin ölümü bütün ölkədə böyük əks-səda doğurmuşdu.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Ətraf Mühit Nazirliyinin məlumatına görə, Rumıniyada 8000 qonur ayı yaşayır ki, bu da Rusiyadan sonra Avropada ən böyük qonur ayı populyasiyasıdır. Nazirlik ayıların son 20 ildə 26 nəfəri öldürdüyünü, 274 nəfəri isə ağır yaraladığını açıqlayıb.

Keçən həftə məşhur bir cığırda gənc bir turist ölümcül hücumuna məruz qaldıqdan sonra baş nazir Marsel Çolaku təcili iclas üçün parlamenti yay tətilindən geri çağırıb. Bazar ertəsi qonur ayı populyasiyasına nəzarət etmək üçün yeni qanun qəbul edən parlament 19 yaşlı turistin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Yeni qanun 2024-cü ildə 481 ayının məhv edilməsinə icazə verib. Bu, keçən ilki cəmi 220-dən iki dəfə çoxdur. Qanunvericilər ayıların həddindən artıq çoxalmasının hücumların artmasına səbəb olduğunu iddia ediblər, lakin qanunun gələcək hücumların qarşısını ala bilməyəcəyini də etiraf etmək məcburiyyətində qalıblar.

Ekoloji qruplar tədbiri pisləyib. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) bioloqu Kalin Ardelean qanunun heç bir problemi həll etmədiyini ifadə edərək, diqqət mərkəzində saxlanılması lazım olan məsələlərin "profilaktika və müdaxilə" və "problem doğuran məsələlər" olduğunu qeyd edib. "WWF" Rumıniyaya görə, zibilin daha yaxşı idarə edilməsi və ya insanların heyvanlara yem verməsinin qarşısının alınması kimi tədbirlər görülməsə, ovlamalar problemi həll etməyəcək.

2023-cü ildə ayı ilə bağlı 7500 təcili çağırış qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »