Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nəzarətsiz qalan yanacaqdoldurma məntəqələrindəki "qara əllər" benzin keyfiyyətinə müdaxilə edir"
"Nəzarətsiz qalan yanacaqdoldurma məntəqələrindəki "qara əllər" benzin keyfiyyətinə müdaxilə edir"

Çox zaman yanacaqdoldurma məntəqələrində yanacaq alarkən bizə xüsusi qatqılar təklif edilir. İddia edilir ki, bu qatqı benzinin keyfiyyətini yaxşılaşdırır. Eyni zamanda yanacağın keyfiyyətinin də qənaətbəxş olmadığını iddia edənlər var. Məncə, bu da yanacaqdoldurma məntəqəsinə görə dəyişir. Bəzi yanacaqdoldurma məntəqələri var ki, şəxsən həmin yerlərdən yanacaq aldığım zaman keyfiyyətə və kəmiyyətə müdaxilə edildiyinin şahid olsam da, sübut edə bilməmişəm. Məncə, yanacaqdoldurma məntəqələrində keyfiyyət və kəmiyyət məsələsi yanacaqdoldurma məntəqələrində çalışan rəhbərliyin və əməkdaşların vicdanına buraxılıb.

Bəs Azərbaycanda istifadə etdiyimiz yanacağın keyfiyyəti qənaətbəxşdirmi?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yanacağın keyfiyyəti ilə bağlı fikirlər bir mənalı deyil. Çünki yanacağın keyfiyyətinə müdaxilə edən "qara əllər" buna öyrəşib, həmişə də bu işi görüblər. Ekspert təəssüflə vurğulayıb ki, buna nəzarət mexanizmi zəifdir.

Elməddin Muradlı Elməddin Muradlı

“Əvvəllər heç olmasa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adlanan bir qurum var idi. Bu qurum ara-sıra yanacaqdoldurma məntəqələrində reyd həyata keçirirdi. O da ancaq "zəif" yanacaqdoldurma məntəqələrini vururdu. Sonra həmin komitə də ləğv olundu. Ümumiyyətlə, nəzarət edilmədi. İndi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi, SOCAR və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var. Bunlar keyfiyyətə mütləq nəzarət etməlidir”- deyən ekspert bildirib ki, Azərbaycanda ən öndə gələn məsələlərdən biri keyfiyyətə müdaxilədir.

“Azərbaycan vətəndaşlarının əksəriyyətini keyfiyyət yox, həmişə qiymət maraqlandırıb. Yaxud da keyfiyyət adı ilə oyun oynayıb, pul qazanmaq maraqlandırıb. Yəni bir adam gedib Almaniyada dərman istehsalında sifariş verir ki, “mənim dərmanımın tərkibindən filan maddələri çıxar, mən aparıb Azərbaycanda onu ucuz qiymətə satıb çox pul qazanım”. Daha digərlərindən nə gözləmək olar?" Yəni millətinə düşmən kəsilən insanlar var. O cümlədən, bu yanacaq və enerji sektorunda belə şəxslər çoxdur. Təəssüf ki, bu adını çəkdiyim qurumlar ciddi nəzarət edə bilmir”-deyə Elməddin Muradlı vurğulayıb.

Ekspert hesab edir ki, yanacağın bu qədər keyfiyyətsiz və müxtəlif qatqılarla satılması insanların sağlamlığına, genefondumuza zərər vurur. Xəstə uşaqlar doğulur, insanlar arasında xəstəliklər geniş yayılır. Belə olan halda bu məsələyə də, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti qoşulmalı və daxili işlər orqanları müdaxilə etməlidir. Çünki bu, insanlara qarşı kütləvi cinayətdir.

“Heç olmasa ətraf mühitin qorunması naminə həmrəylik ilində bu məsələ öz həllini tapmalıdır. Və bir ənənə halına salınmalıdır ki, hər il nəzarət tədbirləri həyata keçirilsin, cinayətə yol verənlər cəzalansın. Bunun başqa bir variantı yoxdur”-deyə Elməddin Muradlı əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »