Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Uşaq bağçasında edilən fiziki-psixoloji şiddətə görə tərbiyəçi də, müəssisə də məsuliyyət daşıyır"
"Uşaq bağçasında edilən fiziki-psixoloji şiddətə görə tərbiyəçi də, müəssisə də məsuliyyət daşıyır"

Bir neçə gün əvvəl 310 saylı uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı kobud davranışı sosial şəbəkələrdə müzakirə edilirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıb və tərbiyəçi işdən azad edilib.

Ara-sıra bu kimi hadisələrlə qarşılaşırıq. Etiraf etməliyik ki, bu hallar çox baş verir. Amma hamısı sosial şəbəkələrdə yayılmadığı üçün bəzən günahkarlar cəzasız qala bilir.

Azərbaycanda uşaq hüquqları necə qorunur?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında uşaqların hüquqları Azərbaycan dövləti tərəfindən təsdiq olunmuş və ratifikasiya olunmuş BMT-nin 1989-ci il tarixli uşaq hüquqları haqqında bəyannaməsi ilə qorunur. Həmin bəyannaməyə görə 18 yaşından aşağı bütün insanlar uşaq sayılır və onların hüquqlarına hörmət olunması müdafiə olunur. Bu bəyannaməni ratifikasiya edən edən dövlətlər öz üzərilərinə belə bir öhdəlik götürmüş olurlar.

Ramil Süleymanov / Foto: Bizimyol.info Ramil Süleymanov / Foto: Bizimyol.info

Hüquqşünas qeyd edib ki, uşaqlara qarşı, o cümlədən, az yaşlılara qarşı istənilən zorakılıq qadağandır. Belə ki, uşaq hüquqları haqqında ümumi dünya uşaq hüquqları haqqında bəyannamənin 19-cu maddəsinə görə ratifikasiya edən dövlət uşağı fiziki- psixoloji zorakılıqdan, təhqirdən və ya bundan sui-istifadə edən qayğısızlıqdan qorumaq məqsədi ilə qanunvericiliyinə inzibati sosial və maarifçilik tədbirlərini görməklə bağlı əlavələr etməlidir.

“Bu gün Azərbaycan Respublikasında uşaq bağçalarının iki növ fəaliyyəti həyata keçirilməkdədir. Dövlət uşaq bağçaları və özəl uşaq bağçaları. Dövlət uşaq bağçalarının maddi-texniki təminatı hazırda özəl uşaq bağçalarına nisbətən daha zəifdir. Belə ki, özəl uşaq bağçaları dövlət uşaq bağçaları ilə rəqabətdə önə çıxmaları üçün onların xidmətlərindən istifadə edən valideynlərə övladlarını mütəmadi izləmək üçün onlayn izləmə xidməti təqdim edir. O cümlədən, həmin bağçada olan tərbiyəçilər və texniki işçilərin uşaqlarla davranışı valideynlər tərəfindən mütəmadi müşahidə olunmaqdadır. Ancaq dövlət uşaq bağçalarının bir çoxunun belə bir texniki imkanı olmadığından uşaqların valideynlər tərəfindən mütəmadi müşahidə olunması mümkün olmur. Lakin uşaqlara qarşı psixoloji və fiziki zorakılıq müşahidə olunur. Tərbiyəçilər və texniki işçilər bilməlidirlər ki uşaqlara qarşı istənilən zorakılıq gələcəkdə onların ciddi travmalarına şəxsiyyət pozulmasına gətirib çıxara bilər”-deyə Ramil Süleymanov bildirib. Hüquqşünas əlavə edib ki, belə bir hal aşkar olunarsa, ilk öncə müvafiq işə götürən qurum (hazırda bağçalar Elm və Təhsil Nazirliyinin tabeçiliyindədir və nəzarətindədir) və müvafiq dövlət qurumları tərəfindən həmin tərbiyəçi və uşaq bağçasının müdiri müvafiq qaydada cəzalandırılır. Cəzalandırılmaqla yanaşı, valideynlərin uşaqların psixologiyasına vurulmuş zərərlə bağlı aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət etməklə, bununla yanaşı həmin uşaqların travmalarının aradan qaldırılması və ya fiziki şiddətin sağalması üçün çəkmiş olduqları maddi zərər də buna səbbəkar olan tərbiyəçi, texniki işçidən, həmçinin məsul dövlət müəssisəsindən tələb oluna bilər.

Hüquqşünas vurğulayıb ki, bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə uyğun olaraq, vurulmuş zərərin ödənilməsi qeyd olunan şəxslərdən və dövlət müəssisəsindən tələb oluna bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »