Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vətən müharibəsi zəfərini qeyd edən xalqımız Türkiyə bayrağı ilə birgə Pakistan bayrağını da dalğalandırırdı"
"Vətən müharibəsi zəfərini qeyd edən xalqımız Türkiyə bayrağı ilə birgə Pakistan bayrağını da dalğalandırırdı"

"11-12 iyulda Prezident İlham Əliyevin Pakistana səfəri ölkələrimiz arasındakı münasibətlərin inkişafında yeni səhifə açacaq. Ölkələrimiz arasında əlaqələrin böyük tarixi var. Xalqlarımızı tarix, mədəniyyət, dostluq və qardaşlıq birləşdirir. Azərbaycan və Pakistan beynəlxalq platformalarda həmişə bir-birinin ədalətli mövqeyini dəstəkləmişdir. Azərbaycanın ərazilərini işğal edən Ermənistan Pakistan tərəfindən bir dövlət kimi tanımır".

Bu barədə Bizimyol.info xəbər ortalına Milli Məclisin VI çağırış deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, 1993-cü ildə BMT TŞ-da 822 nömrəli qətnamə Pakistanın təkidi ilə qəbul olunub: "44 günlük Vətən müharibəsi dövründə Pakistan Azərbaycanın yanında olduğunu ifadə etməklə, böyük mənəvi-siyasi dəstəyini ifadə edib. Ona görə də qələbəmizi qeyd edəndə xalqımız Türkiyə bayraqları ilə yanaşı Pakistan bayraqlarını da dalğalandırdı".

Azər Badamov Azər Badamov

Deputatın sözlərinə görə, ölkələrimiz arası əlaəqlər imzalanmış 38 səndələ hüquqi baza yaradıb: "Prezident İlham Əliyevin İslamabada səfəri çərçivəsində imzalanan 15 sənəd də ölkələrimiz arası münasibətlərin inkişafını yeni mərhələyə gətirəcəkdir. Çünki, imzalanmış sənədlər ölkələr arası çoxşaxəli əməkdaşlığının genişləndirilməsinə nəzərdə tutulmuşdur".

Azər Badamov qeyd edib ki, dövlət başçımızın səfəri çərçivəsində razılaşdırılan məsələlərdən biri də 2 milyard dollar investisiyanın yatırılması ilə bağlıdır.

“Həm də imzlanmış sənədlərin arasında güzəştli ticarətin inkişaf etdirilməsinə imkan verəcək sazişi xüsusilə qeyd etmək istəyirəm. Azərbaycanla Pakistan bir-birinə çox yaxın olsa da, iki ölkə arasındakı ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir. Məhz imzalanmış yeni sənədlərin icrası və hökumətlərarası komisiyanın fəaliyyətinin genişləndirilməsi qısa zaman kəsiyində ticarət dövriyyəsinin də artmasına xidmət edəcək.

Dövlət başçımızın səfəri çərçivəsində müzakirə olunan məslələrdən biri də İslamabad, Lahor və Kəraçiyə Bakıdan birbaşa təyyarə uçuşları ilə bağlıdır. Bu gün Pakistandan Azərbaycana gələn vətəndaşların sayı günü-gündən artmaqdadır. Çünki, pakistanlılar Azərbaycana gələndə çox təhlükəsiz və qardaş ölkədə özlərini rahat hiss edirlər. Bu da təyyarə reyslərinin artırılmasını aktuallaşdırmışdır”-deyən deputat hesab edir ki, təyyarə reyslərinin artması turizm sektorunun inkişafına töhfə verəcək.

Azər Badamovun fikrincə, humanitar sahədə əməkdaşlıq da genişlənəcək.

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin İslamabada səfəri Azərbaycan-Pakistan münasibətlərin inkişafına yeni impuls verəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »