Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Melaniya Tramp ərinə sui-qəsddən sonra amerikalıları birləşməyə çağırıb
Melaniya Tramp ərinə sui-qəsddən sonra amerikalıları birləşməyə çağırıb

Əri, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra verdiyi ilk açıqlamada Melaniya Tramp amerikalıları birliyə çağırıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Melaniya Tramp "X" sosial media platformasındakı hesabında açıqlama verib.

"Mən ərim Donalda dəyən o dəhşətli gülləni görəndə bildim ki, təkcə onun deyil, mənim və oğlumuz Barron Trampın da həyatı dəhşətli bir fəlakətin astanasındadır", - deyə Melaniya Tramp bu açıqlamadan istifadə edərək ərini qorumaq üçün həyatlarını riskə atmış hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

Melaniya Tramp: "Ərimə siyasi maşın kimi baxan bir canavar Donaldın ehtirasını, gülüşünü, yaradıcılığını, musiqi sevgisini, ilhamını və qarşıdakı ömürnü oğurlamağa çalışıb", - deyə həyat yoldaşının səxavətli və qayğıkeş insan olduğunu bildirərək qeyd edib. Fərqli baxışların, siyasətlərin və siyasi oyunların sevgi ilə müqayisədə əhəmiyyətsiz olduğunu, ailə və sevginin hər şeydən önəmli olduğunu vurğulayan Melaniya Tramp amerikalıları birliyə çağırıb.

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahlı hücuma məruz qalıb. Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.

Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb. ABŞ Məxfi Xidməti mitinq sahəsinin kənarındakı yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb. ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib.

Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »