"Dünyanın hazırkı mövcud vəziyyəti İkinci Dünya Müharibəsi ərəfəsini xatırladır".
Bizimyol.info xəbər verir ki, bu fikir Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) dərc etdiyi şərhdə qeyd olunub.
Şərhdə Yaponiyanın baş naziri Fumio Kişidanın Almaniyaya səfəri kəskin tənqid olunub. “Mövcud təhlükəli vəziyyət keçən əsrdə faşist Almaniyası ilə militarist Yaponiyanın hərbi ittifaq yaratması və bəşəriyyətə fəlakətlər gətirməsi İkinci Dünya Müharibəsi ərəfəsini xatırladır. Dünya müharibəsində məğlub olmuş cinayətkar dövlətlərin bir-birinin ardınca aqressiv hərbi təlimlər keçirmək üçün bir-biri ilə əlbir olması regionda vəziyyəti gərginləşdirən ciddi haldır”, - deyə agentlik qeyd edib.
Pxenyan həmçinin Kişidanın Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən sammitində iştirakını tənqid edərək, onun buna zərrə qədər haqqı və əsasının olmadığını vurğulayıb. KXDR Yaponiya üçün “NATO ilə hərbi sövdələşmənin həyati vacib məsələ olduğuna” əminliyini ifadə edib, çünki “Ukraynadakı döyüş meydanında vəziyyətin pisləşməsi və Yaxın Şərqdəki idarəolunmaz böhran vəziyyəti səbəbindən ABŞ qüvvələri günü-gündən zəifləyir”. Pxenyan Tokioya xəbərdarlıq edib ki, xarici qüvvələrlə hərbi sövdələşmə özünü məhvə aparan yoldur. “Asiya-Sakit Okean regionu kiminsə qüvvələrinin nümayişi üçün tramplin deyil, daha çox NATO-nun səlib yürüşüdür. NATO-nun çağırılmamış qonaqları xaricdə deyil, öz ölkəsində iş görsə, daha yaxşı olardı”, - deyə "KCNA" yazır.
Bu yay Yaponiya özünümüdafiə qüvvələrinin təyyarələri Fransa, Almaniya və İspaniyanın hərbi hava qüvvələri ilə ayrıca təlimlər keçirməyi planlaşdırır. Tərəflər arasında əlaqələrin nəzərəçarpacaq dərəcədə genişlənməsi səbəbindən Yaponiya silahlı qüvvələrinin NATO ölkələri ilə manevrləri 2021-ci ilə yaxın intensivləşib. Baş nazir Kişida üç dəfə alyans sammitlərində şəxsən iştirak edib.
Qadir, Bizimyol.info