Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb
Hindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb

Hindistanın Uttar Pradeş və Bihar ştatlarında ildırım vurması nəticəsində 63 nəfər ölüb.

Bizimyol.info xəbər verir ki, "Hindustan Times" qəzetinin xəbərinə görə, Hindistan Meteorologiya Departamenti (IMD) çərşənbə və cümə axşamı günləri Uttar Pradeş ştatının 10 rayonunda və Biharın bir neçə bölgəsində çoxlu sayda ildırım düşdüyünü bildirib.

Uttar Pradeşdə ən azı 43, Biharda isə 20 nəfər ildırım vurması nəticəsində həlak olub.

Səhiyyə rəsmiləri həmçinin Bihar əyalətində 40 nəfərin yaralandığı barədə məlumat paylaşıblar.

Meteoroloqlar musson aylarında belə çoxsaylı güclü ildırımların qeyri-adi olduğunu vurğulayırlar. IMD çərşənbə və cümə axşamı təkcə Hindistanda deyil, həmçinin Benqal körfəzi və Ərəbistan dənizi də daxil olmaqla yaxın bölgələrdə 240 min ildırım düşdüyünü açıqlayıb.

IMD yaxın beş gün ərzində Hindistanın cənub-qərbində və şimal-şərqində güclü yağışların olacağı barədə xəbərdarlıq edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »