Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Ukrayna ilə sərhəddə vəziyyətin dəyişdiyini açıqlayıb
Lukaşenko Ukrayna ilə sərhəddə vəziyyətin dəyişdiyini açıqlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhəddə gərginliyin aradan qaldırıldığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Belarusun "BelTA" dövlət agentliyi özünün "Telegram" kanalında yazır.

İyulun 13-də Belarus lideri Ukrayna ilə sərhəddə yerləşən 56-cı zenit-raket alayına baxış keçirib: “Bizim konkret işimizdən sonra ukraynalılar silahlı qüvvələrini və sərhədimizə yerləşdirdikləri əlavə qoşunları sərhəddən çıxarıblar və ümumilikdə Belarus-Ukrayna sərhəd zonasından geri çəkiliblər”, - deyə Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, hazırda Belarusun Ukrayna ilə heç bir problemi yoxdur. Prezident ümidvar olduğunu bildirib ki, gələcəkdə belə bir problem olmayacaq. Lukaşenko Belarus qüvvələrini cənub sərhədlərindən daimi dislokasiya yerinə geri çəkməyi tapşırıb.

İyulun 11-də hərbi ekspert Andrey Boqodel bildirib ki, Ukraynanın Belarusa işğalı nəzərdə tutan “layihəsi” hələ də mövcuddur və nəzərdən keçirilir, lakin Kiyevin hələ də onu həyata keçirməyə qərar verəcəyinə şübhələr var.

İyulun 1-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna hərbçilərinin Belarusla sərhədə şəxsi heyəti, silah-sursat və texnikası yığması ilə bağlı məlumatlar Rusiyanı narahat edib. Bundan əvvəl Belarusun Ukrayna ilə sərhəddə iki forpost tikəcəyi məlum olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »