Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın komandasının vəd verməsinə baxmayaraq, Seul müxtəlif ssenarilərə hazırlaşır
Trampın komandasının vəd verməsinə baxmayaraq, Seul müxtəlif ssenarilərə hazırlaşır

ABŞ prezidentliyinə namizəd Donald Trampın müttəfiqləri Seulu əmin ediblər ki, o, seçkilərdə qalib gələrsə, iki ölkə arasında müttəfiqlik münasibətlərini dəstəkləyəcək və hətta gücləndirəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Çanq Ho-cin məlumat verib.

“Cənubi Koreya ilə ABŞ arasında müttəfiqlik münasibətlərinə gəlincə, biz ABŞ-da həm iqtidar, həm də müxalif qüvvələr arasında etibarlı dəstəyə malikik. Trampın komandası bizə Cənubi Koreya-ABŞ müttəfiqliyi ilə bağlı çox narahat olmamağı, hətta onu gücləndirəcəklərini söylədilər”, - deyə "Yonhap" agentliyi Canq Ho-cinin açıqlamasından sitat gətirib.

O əlavə edib ki, Tramp hakimiyyətə qayıdarsa, Respublika hökuməti müxtəlif ssenarilərə hazırlaşır.

İyunun sonunda Koreya Respublikasının Milli Birlik İnstitutu, iki Koreya dövlətinin birləşməsi mövzusunda illik sorğunun nəticələrinə əsasən, Cənubi Koreyalıların əksəriyyətinin Amerika prezidenti Co Bayden daha bir müddətə yenidən prezident seçilməsinə üstünlük verdiyini bildirib. Eyni zamanda, respondentlərin 51,1%-nin fikrincə, Tramp Ağ Evə qayıdarsa, ölkədə yerləşən amerikalı hərbçilərin sayını azalda və ya hətta tam olaraq geri çağıra bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »