Təhlükəsizlik Siyasəti İslahatları İnstitutunun qurucularından biri olan Stiven Semler ABŞ administrasiyasının Qəzzaya “humanitar yardım çatdırmaq” vədi ilə qurduğu üzən limanı “tam bir teatr” olaraq xarakterizə edib.
Bizimyol.info xəbər verir ki, "AA"ya Pentaqonun üzən müvəqqəti liman sistemini barədə danışan Semler ABŞ prezidenti Co Baydenin “O, məni məyus etdi” dediyini bildirib.
Semler müvəqqəti limanı Qəzzalılara humanitar yardım çatdırmaq kimi əsas məqsədini heç vaxt yerinə yetirmədiyi üçün tamamilə "uğursuzluq" adlandırıb: “İsrailə təzyiq göstərmək və daha çox yardımın qurudan sərhəddən keçməsini təmin etmək əvəzinə, Bayden rəhbərliyi bu liman layihəsi ilə diqqəti başqa yerə yönəltdi. Müvəqqəti liman əsl teatr idi”, - deyə qeyd edib.
Amerikalı ekspert 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan sonra İsrailin müdafiə naziri Yoav Qallantın "Qəzzanı tam mühasirəyə alacağıq" sözlərindən sonra bölgəyə qida, su və elektrik enerjisinin kəsildiyini xatırladaraq, mövcud vəziyyətdə məsuliyyətin tamamilə İsrailin və onun üzərinə düşdüyünü söyləyib.
İsrailin "bəzi dəstələr və təxribatçıların yardım maşınlarını hədəf aldıqları" iddialarını gündəmə gətirə biləcəyini ifadə edən Semler, 7 oktyabrdan əvvəl belə hadisələrin baş vermədiyini və humanitar yardım təşkilatlarının bu tarixdən əvvəl Qəzzaya yardım çatdırarkən belə bir problem yaşamadığını bildirib.
Pentaqonun Cənubi Kiprin Rum tərəfinə gələn yardım materiallarını üzən liman vasitəsilə Qəzza sahilinə endirməklə kifayətləndiyini bildirən Semler, günəşin altında açıq havada gözləyən materialların çoxunun xarab olduğuna diqqət çəkib.
Semler, Qəzza sahilindəki anbar sahəsindən ehtiyacı olanlara humanitar yardım çatdırmaqdan məsul olan yardım təşkilatlarının çox çətin şərtlər altında çalışdıqlarını vurğulayıb: “Bu vəziyyətə ABŞ ordusunun özü və Bayden administrasiyası səbəb olub. Qəzzaya atılan bombaların böyük əksəriyyəti ABŞ istehsalıdır”, - deyə bildirib.
Semler, amerikalıların bir tərəfdən silah yardımı ilə fəlakətin davam etdirilməsini təmin edən, digər tərəfdən də fələstinlilərə yardım çatdırmaqda çətinlik çəkən yardım təşkilatlarını günahlandırmasını haqlı görmədiyini ifadə etdi.
Semler bildirib ki, Pentaqonun humanitar yardım çatdırmaqda uğur qazandığı təsəvvürü yaratmağa çalışır: “Onlar sadəcə olaraq elə təəssürat yaratmaq istəyirlər ki, yardım ləvazimatları onların qurduqları müvəqqəti liman vasitəsilə sahilə gətirilib. Onlar bundan sonra nə olacağına belə əhəmiyyət vermirlər”, - deyə o, sözügedən əməliyyatın Bayden administrasiyasının “göz yumaması” olduğunu bildirib.
Semler qeyd edib ki, ABŞ administrasiyası İsraili atəşkəsi qəbul etməyə məcbur etmək imkanına malik olsa da, müvəqqəti liman layihəsi ilə ictimai əlaqəni “humanitar yardım teatrı” kimi görür.
Qadir, Bizimyol.info