Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah "AVRO-2024"ün çempionunu müəyyən edən final oyunu keçiriləcək
Sabah "AVRO-2024"ün çempionunu müəyyən edən final oyunu keçiriləcək

İspaniya və İngiltərə sabah 2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO 2024) finalında qarşılaşacaqlar.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlindəki Olimpiya Stadionunda 23.00-da başlayacaq final matçı Türkiyədən "TRT 1", Azərbaycanda isə "İctimai TV"-də canlı yayımlanacaq.

Qarşılaşmanı Fransa Futbol Federasiyasından olan baş hakim Fransua Leteksier idarə edəcək. Leteksierin köməkçiləri Siril Maqnier və Mehdi Rahmoni olacaq. Dördüncü hakim polşalı Şimon Marçiniakdır.

Bu oyunla İspaniya və İngiltərə "AVRO-2024"ün finalında 28-ci dəfə qarşılaşacaq.

Daha əvvəl keçirilən 27 matçda İspaniya 10, İngiltərə 13 qələbə qazanıb, 4 matçda isə bərabərliklə ayrılıblar.

Qolların sayında İngiltərənin üstünlüyü özünü büruzə verirdi. İndiyədək keçirilən matçlarda İngiltərə 45, İspaniya isə 32 qol vurub.

İki komanda sonuncu dəfə 2018-ci ilin oktyabrında UEFA Millətlər Liqasında Sevillada üz-üzə gəlib. Qarşılaşmada İngiltərə 3-2 hesabı ilə qalib gəlib.

"AVRO-2024"ün finalına qədər hər iki komandanın bombardiri hərəyə üç dəfə fərqlənib.

İspaniya millisində Dani Olmo və İngiltərə millisində Harri Keyn "AVRO-2024"də hərəyə üç qol vurublar.

Komandaların sabahkı finala aşağıdakı heyətlərlə çıxacağı gözlənilir:

İspaniya: Simon, Karvahal, Le Normand, Laporte, Kukurella, Ruiz, Rodri, Olmo, Yamal, Morata, Villiams.

İngiltərə: Pikford, Uoker, Stounz, Quehi, Saka, Maynu, Rays, Şou, Bellinqhem, Foden, Keyn.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »