Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
USQ-i rusları Xarkov vilayətindəki kəndlərin birindən qovub - "DeepState"
USQ-i rusları Xarkov vilayətindəki kəndlərin birindən qovub - "DeepState"

Ukrayna Silahlı Qüvvələri (USQ) rus qoşunlarını Xarkov vilayətinin Sotnitski Kazaçok kəndindən çıxarıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "DeepState" monitorinq layihəsi məlumat yayıb.

Qeyd olunur ki, ruslar Donetsk vilayətində Vozdvijenka, Yuryevka, Razdolovka və Novoselovka Birinci məntəqələrində irəliləyiblər. Donetsk vilayətinin Urojaynı və Krasnohorivkada da döyüşlər davam edir.

Xatırladaq ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitiklərinin proqnozlarına görə, Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücum əməliyyatı 2024-cü ilin sonu və 2025-ci il ərzində kompleks əməliyyatlar silsiləsi ola bilər.

“Ukraynadakı hazırkı səngər müharibəsindən çıxmaq həm Rusiya, həm də Ukrayna qüvvələri üçün çətin məsələdir və Ukraynanın daha kiçik miqyaslı əks-hücum əməliyyatları daha geniş miqyaslı əks-hücum əməliyyatları ilə bağlı çətinliklər olmadan əməliyyat baxımından əhəmiyyətli məqsədlərə nail olmaq üçün imkanlar yaradır”, - deyə ekspertlər qeyd ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »