Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pinqvin" və "Yumurta" qalaktikaları bir-birinə qarışıb - Video
"Pinqvin" və "Yumurta" qalaktikaları bir-birinə qarışıb - Video

"James Webb" Kosmik Teleskopu 326 milyon işıq ili uzaqlıqda parıldayan bir cüt qalaktika çəkib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyi (CSA) ilə əməkdaşlığının məhsulu olan "James Webb" Kosmik Teleskopu 326 milyon işıq ili uzaqlıqda mavi ulduzlar və qaz buludu ilə əhatə olunmuş iki qalaktikanın fotoşəkilini çəkib.

Teleskopun ilk tam rəngli fotoşəkillərinin ikinci ildönümündə "Pingvin NGC 2936" və "Yumurta NGC 2937" adlı iki qalaktika bir-birinin qarşmış şəkildə çəkilib.

NASA-nın məlumatına görə, "Pinqvin NGC 2936" və "Yumurta NGC 2937" adlı qonşu qalaktikalar on milyonlarla ildir bir-birinə qarışıb.

Bu iki qalaktikanın birləşərək tək qalaktikaya çevriləcəyinə işarə edən NASA, 4 milyard il sonra eyni qarşılıqlı təsirin "Samanyolu" və "Andromeda" qalaktikası üçün də yaşanacağını açıqlayıb.

NASA-nın "Hubble" Kosmik Teleskopunu əvəz etmək üçün 25 dekabr 2021-ci ildə buraxılan "Webb", kosmosdakı ən böyük rəsədxana olaraq Yerdən 1,6 milyon kilometr uzaqlıqda olan kainat haqqında bilinməyənləri araşdırır.

Teleskopun ilk tam rəngli fotoşəkilləri 12 iyul 2022-ci ildə dərc edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »