İtaliyanın baş naziri Giorgia Meloninin NATO Sammitində ABŞ prezidenti Co Baydeni digər liderlərlə birlikdə gözləyərkən gözlərini oynatması bütün dünyada sosial mediada trendə çevrilib.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO-nun 75-ci ildönümü zirvə toplantısına qatılan Meloni sammitdəki iclasdan əvvəl digər liderlərlə söhbət edərkən Baydenin gecikməsindən narazılığını nümayiş etdirib.
İtaliyanın baş nazirinin gözlərini oynadıb və darıxdığını göstərdiyi o anlar kameralara tuş gəlib. Kameraların onu lentə aldığını anlayan Meloni üz ifadəsini düzəldərkən görüntülənib.
Meloninin bu görüntüləri sosial media kanallarında bir çox istifadəçi tərəfindən dəfələrlə paylaşılıb və ən çox şərh edilən məzmunlardan biri olub.
Bayden, keçən ay İtaliyanın Borgo Eqnazia şəhərində G7 dövrü prezidenti tərəfindən keçirilən G7 Liderlər Zirvəsinin əvvəlində də digər liderləri, xüsusən də ev sahibi Melonini uzun müddət gözlətmişdi.
İyunun 13-də G7 Zirvə Toplantısının ilk günü iclasların keçiriləcəyi obyektin girişində qonaqlarını bir-bir qarşılayan Meloni, Baydendən başqa bütün liderləri qısa fasilələrlə bir-bir içəri buraxdı və sonuncu gələn Bayden isə onu 20 dəqiqə ayaq üstə gözləməyə vadar etmişdi.
Bu müddət ərzində cansıxıcı olduğunu göstərməməyə çalışan Meloni onunla gözləyən mətbuat mənsublarının selfi istəyini rədd etməyib və ağıllı telefonu ilə selfi çəkdirib.
Meloninin bu selfi o zamanlar sosial mediada ən çox müzakirə edilən fotolardan biri idi.
Qadir, Bizimyol.info