ABŞ-ın NATO-nun 75-ci sammitində orta mənzilli taktiki raketləri Avropadakı müttəfiq ölkələrə, xüsusilə də Almaniyaya yaxın iki il ərzində yerləşdirməsi Rusiyada reaksiyalara səbəb olmaqda davam edir.
Bizimyol.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məsələyə ilə bağlı Kremlin mövqeyini açıqlayıb.
Kremlin sözçüsü bildirib ki, ABŞ-ın verdiyi qərar qəti addımlarla soyuq müharibəyə qayıtmaq deməkdir: “İndi biz o soyuq müharibəyə doğru iri addımlar atırıq. ABŞ-ın Avropada qısa və orta mənzilli raketlər yerləşdirmək qərarı Ukrayna münaqişəsində birbaşa iştirak edən ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Rusiyaya bir nömrəli düşmən kimi baxmasının sübutudur”, - deyə o bildirib.
Rusiyalı mütəxəssislər: “ABŞ-a cavab olaraq, nüvə başlıqları daşıya bilən orta mənzilli hipersəs raketlərimizi Kuba və ya Venesuelada, ABŞ-ın yaxınında olan ölkələrə yerləşdirə bilərik”, - deyə açıqlamalar verməyə başlayıblar.
Qadir, Bizimyol.info