İsrail əsgərləri İordan çayının qərb sahilindəki Balata və Əsgər qaçqın düşərgələrinə hücum edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İsrailin hərbi texnikası və buldozerlərindən ibarət kolon işğal altındakı İordan çayının qərb sahilində Nablusun şərqində yerləşən Balata və Əsgər qaçqın düşərgələrinin qarşısını kəsib. Telekanal qeyd edir ki, hücum zamanı şiddətli atışma və şiddətli döyüşlər olduğuna dair sübutlar var. İsrail hərbçilərinin Əskər düşərgəsində bir fələstinlini həbs etdiyi, Balata düşərgəsində isə əsgərlərin təcili yardım maşınına atəş açdığı bildirilir.
Ötən il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücumundan, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananları girovların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.
Qadir, Bizimyol.info