Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalı qətliamının iştirakçılarından birinin Bakıda məhkəməsi yekunlaşdı: 15 il cəza verildi
Xocalı qətliamının iştirakçılarından birinin Bakıda məhkəməsi yekunlaşdı: 15 il cəza verildi

Xocalıda 200-ə qədər azərbaycanlının qətlində ittiham olunanlardan biri Raşid Beqlaryan təxminən bir il əvvəl Laçın rayonunun Zabux kəndində saxlanmışdı. Daha sonra məhkəmə qərarı ilə barəsində həbs qərarı çıxarılan Raşid Beqlaryan haqqında cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılırdı. İstintaq tamamlanandan sonra onun haqqındakı cinayət işi Füzuli Hərbi Məhkəməsinə göndərilib.

Bizimyol.info xəbər verir ki, Xocalı qətliamına görə 32 il sonra Azərbaycanda məhkəmə qarşısına çıxarılan Raşid Beqlaryanın işi üzrə məhkəmə prosesi Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilirdi. O, məhkəmədə dövlət hesabına vəkil və tərcüməçi ilə təmin olunmuşdu.

İyulun 12-də hakim Əli Süleymanovun sədrliyilə keçirilən məhkəmə prosesində sənədlər, ekspertiza rəyləri elan olunub.

Daha sonra prokuror çıxış edərək, Raşid Beqlaryanın 17 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısından sonra zərərçəkmişlər – Əkbər Hüseynov, Zahid Həsənov və Pənah İsgəndərov çıxış ediblər. Onlar 17 il cəza ilə razılaşmayıblar, onun ömürlük azadlıqdan məhrum edilməsini istəyiblər.

Məruz qaldıqları işgəncələrdən danışan zərərçəkmişlərdən biri deyib ki, əsgər yoldaşının başını kəsərək, qanını ona içiriblər. Bu səbəbdən 17 ili yüngül cəza hesab edir.

Bundan sonra vəkil çıxış edərək, Raşid Beqlaryana yüngül cəza verilməsini istəyib.

Daha sonra Raşid Beqlaryanın özü son sözünü deyib. O da məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Daha sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib. Bir müddət sonra geri qayıdaraq, hökmü elan ediblər.

Məhkəmə araşdırmaları zamanı ortaya çıxıb ki, Fransadan Raşid Beqlaryanın hesabına 2 milyon avroya yaxın pul köçürülüb. O, məhkəmədə bildirib ki, Fransada yaşayan tanışları ona köməklik məqsədilə pul göndəriblər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »