"Məsud Pezeşkianın 70 yaşı var. Anası kürd, atası Türk olan Məsud Pezeşkian ürək cərrahıdır. O, İran inqilabı dövründə ifratçı müsəlman bir tələbə idi. İndi çalışır ki, özünü "reformator" kimi təqdim etsin. Statistika göstərir ki, Məsud Pezeşkian öz rəqibi Səid Cəlilidən milyondan artıq səs toplayıb. Bu səsləri Məsud Pezeşkian Təbrizdən, Urmiyadan, Ərdəbildən və Zəncandan toplaya bilib. Bu da o deməkdir ki, əgər azərbaycanlılar Məsud Pezeşkiana səsə verməsələr Səid Cəlili seçilə bilərdi. İranın 31 əyaləti var. Bunlardan 15-də Səid Cəlili öndə idi. Əgər Azərbaycanın əyalətlərini kənara qoysaq, Səid Cəlilinin səsləri Məsud Pezeşkiandan çox olur. Məsud Pezeşkianın arxasında güney azərbaycanlılar durdular".
Bu barədə Bizimyol.info xəbər portalına günyli siyasi şərçhi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, milli fəallar və rəsmi şəxslər bəyanat verdilər.
Maşallah Rəzminin fikrincə, Məsud Pezeşkiana səs verən güney azərbaycanlıların böyük ümidləri yoxdur ki, "Məsud Pezeşkian böyük işlər görəcək" və yaxud "Məsud Pezeşkian bütün problemləri həll edəcək".
"Məsud Pezeşkian Pezeşkiana səs verənlər sadəcə istəyirlər ki, İran prezidenti Türk olsun. Bəlkə o zaman Güney Azərbaycanı indiki vəziyyətindən yaxşı səviyyəyə çıxara bilər. Çünki bu günə qədər İran hökümətində güney azərbaycanlıların rolu ən aşağı həddə olub"-deyə siyasi şərhçi qeyd edib.
İradə Cəlil, Bizimyol.info