Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məsud Pezeşkian təhlükəli xarici siyasət yürüdən rəqibi ilə "mübarizə" aparmağa davam edəcək" - Video

"Məsud Pezeşkian heç vaxt heç bir partiyanın üzvü olmayıb. Bu gün də heç bir siyasi partiyanın üzvü deyil və özünü hər zaman müstəqil siyasətçi kimi təqdim edir. Reformatorlar və islahatçılar onun himayəsinə sığınırlar. Onun rəqibi Səid Cəlili isə güclü bir təşkilata bağlıdır və İran parlamenti bu təşkilatın əlindədir".

Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, bu təşkilat xarici siyasətdə müharibə tərəfdarıdır.

“Onlar iddia edir ki, “Allah bizim tərəfimizdədir, Amerika və İsraillə müharibə etsək, biz qazanacağıq”. Belə bir təhlükəli xarici siyasətləri var. Ölkə daxilində insanların razı olub-olmaması onlar üçün önəmli deyil. Onlar belə hesab edir ki, İslam hökümətindən Allah razı olsun. Əhalinin razı olub-olmaması bir problem deyil. Məsud Pezeşkian seçildikdən sonra Səid Cəlili onunla görüşündə bildirdi ki, “əgər biz görsək ki, prezident bizim siyasəti irəli aparmır, o zaman onunla qarşı-qarşıya dayanacağıq”. Əgər Seyyid Əli Hüseyni Xamenei deməsə ki, “yerinizdə oturun, prezident öz işini görsün” o zaman Məsud Pezeşkianın işi çox çətin olacaq. Birinci problem parlamentdən başlayacaq. Məsud Pezeşkian bir aydan sonra nazirləri parlamentə məruzə etməlidir ki, onlar qəbul edilsin. Səid Cəlilinin tərəfdarları elə edə bilər ki, Pezeşkianın işində problem yaransın”-deyə Maşallah Rəzmi bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »