Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məsud Pezeşkian geyim azadlığının tərəfdarı deyil, əksinə hicab bağlamağa məcbur etmək istəyir" - Video
"Məsud Pezeşkian geyim azadlığının tərəfdarı deyil, əksinə hicab bağlamağa məcbur etmək istəyir" - Video

"Məsud Pezeşkian seçki kampaniyası çərçivəsində bir sıra vədlər verdi. İndi məlum olur ki, bu vədlərin heç birini həyata keçirə bilməyəcək. Əksinə, fərqli siyasət yürüdəcək. Bu vədlərdən biri o idi ki, Livanda, Suriyada, İraqda və Yəməndə olan proksi qruplar himayə edilməyəcək, onlara xərclənən vəsait millətin vəziyyətinin yaxşılaşdırılmasına sərf ediləcək. Amma seçkilərdən 3 gün sonra Məsud Pezeşkian ilk məktubu "Hizbullah"ın Livandakı lideri Həsən Nəsrullaha yazdı. Bildirdi ki, İranı İsraildən qoruyan qruplar hökümətdən maliyyələşəcək. Həmçinin qeyd etdi ki, özü Seyyid Əli Hüseyni Xamenei tərəfdarı kimi onun əmrlərini və istəklərini yerinə yetirəcək".

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi bidirib ki, ikinci məsələ hicab məsələsidir.

"Məsud Pezeşkian heç vaxt hicab azadlığının tərəfdarı olmayıb. İnqilabın əvvəllərində Məsud Pezeşkian o şəxslərdən idi ki, hicabı məcburi şəkildə qadınlara qəbul etdirməyə çalışırdı. İndi də fikri budur ki, "qadınları hicaba görə kötəkləməyək, qanun yolu ilə hicab bağlamağa məcbur edək". Bu da millətin istəyi deyil. Millət istəyir ki, geyimdə azad olsun. Məsud Pezeşkian bunun tərəfdarı deyil. Bu səbəbdən də İranda qadınlar və Z nəsli Məsud Pezeşkiana az səs verib"-deyə siyasi şəhçi qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »