Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərblə, İsraillə düşmənçiliyi bitirsə və daxili siyasətdə ayrı-seçkilik etməsə, İranın iqtisadiyyatı düzələr"
"Qərblə, İsraillə düşmənçiliyi bitirsə və daxili siyasətdə ayrı-seçkilik etməsə, İranın iqtisadiyyatı düzələr"

"İranda əsl qüdrət İranın ali dini lideri Seyyid Əli Hüseyni Xameneinin əlindədir. Prezindetin heç onun qədər səlahiyyəti yoxdur. Yəni onun Xameneinin yanında bir nazir qədər qüdrəti ola bilər. Seyyid Əli Hüseyni Xamenei icazə verməsə Məsud Pezeşkian İranda böyük islahatlar apara bilməz. İranın indiki vəziyyətində əsas problemləri iqtisadi fəlakət və xarici siyasətində olan problemlər, daha sonra İranın maliyyələşdirdiyi proksi qruplar və terrorizmin maliyyələşdirilməsidir. Eyni zamanda Ukrayna müharibəsində İran Rusiya ilə əməkdaşlıq edir, Qərbin əleyhinə fəaliyyətlər sərgiləyir və Rusiyaya, Çinə yaxınlaşmağa çalışır".

Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi hesab edir ki, İranın iqtisadiyyatı o zaman düzələr ki, o Amerika, İsraillə, Avropa ilə düşmənçiliyi bir kənara qoysun və daxili siyasətdə ayrı-seçkilik etməsin.

Maşallah Rəzmi qeyd edib ki, siyasətə din qatmayan insanların hökümətdə rolu olmur.

“İranın 85 milyon əhalisindən 61 milyonunun səsvermə haqqı var. Bu 61 milyondan yalnız 16 milyonu Məsud Pezeşkiana səs verib. Əslində çox zəif bir səslə prezident olub. Onun özünün də çox böyük qüdrəti, gücü yoxdur. Məcburdur ki, Seyyid Əli Hüseyni Xameneidən icazə alsın”-deyə Maşallah Rəzmi vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »