Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Etnik azərbaycanlı Məsud Pezeşkianın ana dili və Urmiya gölü çıxışları, müsbət siyasi əlaqəyə "işıq" tutur"
"Etnik azərbaycanlı Məsud Pezeşkianın ana dili və Urmiya gölü çıxışları, müsbət siyasi əlaqəyə "işıq" tutur"

"İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiandan həm daxili, həm də xarici problemlərin həllində gözləntilər böyükdür. Belə ki, yeni prezidentdən həm də ölkədə iqtisadi problemlərin həlli və Qərblə gərgin münasibətlərin yoluna qoyulması, ölkədə hicab azadlığına imkan yaradılması gözlənilir".

Bu barədə Bizimyol.info xəbər portalına Müşfiq Cəfərov danışıb. Deputat hesab edir ki, prezidentin səlahiyyətləri məhdud olan idarəçilik sisteminə sahib İran kimi bir ölkədə ali lider Azərbaycanla münasibətlərin gərginləşməsini istəyəcəksə, Məsud Pezeşkian bu siyasəti yürüdəcək.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

“İran ənənəvi bir dövlətdir və siyasətdə də, xüsusilə xarici məsələlərdə yenilliklər edən bir sistem qurmaq ciddi ölçüdə vaxt alan prosesdir. Lakin Məsud Pezeşkianın prezident olaraq, səlahiyyətləri məhdud olsa da, Pezeşkian güney azərbaycanlıların ana dili və Urmiya gölünün quruması ilə bağlı illərlə etiraz etdiyi problemləri həll edə bilər. Doğrudur, yeni prezidentin etnik azərbaycanlı olması yenicə mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İranda yaşayan güney azərbaycanlıların milli hüquqları ilə bağlı problemlərin həll ediləcəyinə inamı artırıb.

Son zamanlar Azərbaycan-İran münasibətlərində yeni mərhələ yaranıb. Əslində münasibətlərdə dönüş, Prezident İlham Əliyev İranın mərhum prezidenti Seyid İbrahim Rəisi ilə may ayında sərhəddə keçirdiyi görüşdə yaranmışdı. Təəssüf ki, bu görüşdən sonra Seyid İbrahim Rəisi helikopter qəzasında həlak oldu və proses bir qədər yubandı. İranda yeni prezident seçkilərindən dərhal sonra verilən yeni açıqlamalar, İran və Azərbaycan arasında əldə olunmuş razılaşmalar hazırda əsası qoyulan "müsbət" istiqamətlənmiş siyasətin davam edəcəyini göstərir”-deyə Müşfiq Cəfərov vurğulayıb.

Deputatın sözlərinə görə, bunun daha bir nümunəsi Azərbaycanın İrandakı səfirliyinin tezliklə yenidən fəaliyyətə başlayacağı barədə açıqlamadır. Müşfiq Cəfərov hesab edir ki, bundan sonrakı siyasətin dəyişməsi də regionda mövcud olan maraqlar balansından asılı olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »