Avropa İttifaqı Gürcüstanın üzvlüyünə qəbulunu dayandırıb. Səbəb, Gürcüstanın xarici agentlər haqqında qanunudur. Lakin ölkənin Aİ-yə namizəd statusu ləğv edilməyib. Avropa İttifaqı Gürcüstanın qəbul prosesini dayandırıb və respublikaya maliyyə yardımının bir hissəsini, xüsusən də Avropa Sülh Fondundan (AƏF) Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro məbləğində vəsaiti dondurub. Bu barədə iyulun 9-da Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski jurnalistlərə bildirib. O, Avropa liderlərinin bu qərarı Avropa Şurasının iyunun 27-də keçirilən iclasında verdiyini və buna səbəbin Gürcüstanda təsdiq edilmiş xarici agentlər haqqında qanun olduğunu açıqlayıb.
Qeyd edək ki, Respublikanın hakim partiyası “Gürcü arzusu” xarici agentlər haqqında qanun layihəsini (rəsmi adı “Xarici təsirin şəffaflığı haqqında”dır) 2024-cü ilin aprelində parlamentə təqdim edib. O, bunu ikinci dəfə etdi - 2023-cü ildə qanunu "Rus", "Arzu" adlandıran kütləvi etirazlardan sonra qanun layihəsinin orijinalını parlamentdən geri götürdü. Bu dəfə də mitinqlər oldu və bəzən polislə toqquşmalar da baş verirdi. Qərb dövlətləri etirazı dəstəkləyir, eyni zamanda, onlar Tiflisdən ya qanunu yenidən yazmağı, ya da ondan imtina etməyi tələb edirlər. Gürcüstan hakimiyyəti Qərbin ölkənin suverenliyinə qəsd etməsi ilə bağlı ittihamlarla cavab verirdi.
Mayın 28-də parlament prezident Salome Zurabişvilinin ona qoyduğu vetonu aşaraq qanunu qəbul edib.
“Qanun açıq şəkildə Avropa İttifaqına daxil olmaq üçün doqquz addımdan geriyə bir addımdır. Həmçinin, anti-Qərb və anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir. Təəssüf ki, hazırda Gürcüstanın Avropa Birliyinə qəbulu dayandırılıb. Bu, həqiqətən də kədərlidir və ürəkağrıdıcıdır”, - deyə Qerçinski şərh edib.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin may ayında müxalifətin etirazlarına baxmayaraq, Gürcüstan xarici agentlər haqqında qanunu (Xarici təsirin şəffaflığı qanunu) qəbul edəndən sonra Avropa İttifaqının rəhbərliyi, Amerika Gürcüstan siyasi hakimiyyətini bu qanunun qəbul edilməməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etdi.

"Qeyd edilirdi ki, əks halda biz Gürcüstanı Avropa İttifaqının qəbulu məsələsini dayandıracağıq. Ancaq Gürcüstan rəsmiləri, baş nazir İrakli Kobaxidze Gürcüstanın ikinci Ukrayna olmasını istəmədiklərini dilə gətirdilər. Onlar bildirdilər ki, “biz xalqın və dövlətin milli maraqlarını qoruyaraq, bu qanunu qəbul edirik və biz dövlət olaraq, hansısa ölkənin vassalı deyilik”.
Daha sonra Kobaxidzenin Amerika Birləşmiş Ştatlarına səfəri təxirə salındı və ABŞ-la Avropa İttifaqı Gürcüstana sanksiyalar tətbiq etməyə başladılar. Xüsusilə, onların siyasi rəhbərində olan partiya dövlət xadimlərinə qarşı sanksiyalar tətbiq edildi. İyun ayının 27-də isə, Brüsseldə Avropa ittifaqının liderləri Gürcüstanın üzvlük prosesinin dayandırılmasıyla bağlı qərar qəbul edildi. Gürcüstanda müxalifət qəti etirazlarını bildirdilər. Bu səbəbdən də, onlar artıq təşkilatlanır və oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə ciddi hazırlaşırlar.
“Rusiya xarici kəşfiyyat idarəsinin yaydığı məlumatdan da görünür ki, Amerika Birləşmiş Ştatları Gürcüstanda hakimiyyət dəyişikliyi etməyə çalışır. Bu da müxalifətin əli ilə ediləcək. Gürcüstanda müxalifət çox güclüdür və artıq müxalifət partiyaları birləşiblər.
Son illər Bidzina İvanişvilininapardığı siyasət artıq gürcü xalqını qıcıqlandırır. Saakaşvilinin vaxtında Gürcüstan inkişaf etdi, Amerika ilə, Avropa ölkələri ilə çox ciddi iqtisadi, siyasi və mədəni bağlantılar oldu. Ancaq “Qazprom”-un səhmdarlarından biri olan gürcü milyarder Bidzina İvanişvili hakimiyyətə gələndən sonra bu yöndə məsələlər azalmağa başladı. Bu kəskin şəkildə Avropa İttifaqına və Amerikadan üz döndərməsə də, ancaq hamıya məlum idi ki, bu Rusiya proyekti idi. Çünki həmin zaman Saakaşvilini hakimiyyətdən uzaqlaşdırmaq lazım idi və o zaman Bidzina İvanişvili hakimiyyətə gələndə onun milyardları olduğuna görə, gürcü kütləsini inandırdılar ki, “guya o gətirib həmin milyardları xalqa paylayacaq, xalqı inkişaf etdirəcək, Gürcüstanı inkişaf etdirəcək”. Ancaq təbii ki, biznesmen olan Bidzina İvanişvili gəlib öz biznesini daha da inkişaf etdirdi və bu gün o rəsmi olaraq vəzifədə olmasa da, bu gün Gürcüstanı o idarə edir. Və vəzifələrə də adamları o qoyur”-deyən politoloq hesab edir ki, artıq onun apardığı siyasət Gürcüstan əhalisinin çoxunda narazılıq yaradıb. Bu səbəbdən də, parlament seçkilərində müxalifət qüvvələri qələbə çalacaq və hakimiyyəti də dəyişməyə nail olacaqlar.
Politoloqun fikrincə, burada təkcə xarici iz axtarmaq düz deyil, həm də daxildə olan narazılıqları, xalqın istəyində nəzərə almaq lazımdır. Elşad Həsənov xatırladıb ki, Gürcüstan müxalifəti həmin qanunun qəbul olunmaması üçün çox ciddi şəkildə etirazlarını bildirdilər, mitinqlər etdilər, küçələri bağladılar. Ancaq siyasi cəhətdən çoxluq olan bu günki hakimiyyət həmin qanunu qəbul etməyə nail oldu. Hətta Gürcüstan prezidenti Solomi Zurabişvili bu qanuna veto qoydu. Yenidən parlament onu ratifikasiya etdi və qanun qəbul edildi. Hazırda Gürcüstanda qarşıdan gələn oktyabr 26-sında olan seçkilərə ciddi hazırlıq gedir.
Politoloq hesab edir ki, həmin seçkilərdə də müxalifət qələbə çalacaq, Gürcüstanda hakimiyyət dəyişikliyi baş verəcək. Elşad Həsənov qeyd edib ki, bu təkcə Gürcüstan müxalifətinin yox, həm də Qərbin və Rusiyanın Gürcüstanda gedən mübarizəsidir. Gürcüstan hakimiyyəti bu gün Rusiya yönümlü bir siyasəti seçdisə, Qərb və Amerika da öz dəstəyini açıq və gizli şəkildə müxalifətə göstərir. Çünki Amerika, Avropa İttifaqı Gürcüstanda uduzmaq istəmir. Əgər uduzsalar, bu onlara böyük ağır zərbə olar və Rusiya da bu qələbəni qeyd edər.
Politoloqun fikrincə, məhz bu səbəbdən də, Qərb Gürcüstan müxalifətinə ciddi dəstək olacaq. Eyni zamanda bu gün hakimiyyətdə olan prezident də, müxalifətin hərəkətlərini dəstəkləyir və hakimiyyətin apardığı bu siyasəti daima tənqid edir.
Xatırladaq ki, Gürcüstan Aİ-yə üzvlük ərizəsini Moldova ilə eyni gündə - Ukraynadan iki gün sonra, 2022-ci il martın 3-də təqdim edib. Həmin ilin iyununda Ukrayna və Moldova namizəd ölkə statusu alıblar. Gürcüstan isə, yalnız 2023-cü ilin dekabrında namizəd olub. Daha sonra Avropa Komissiyası tərəfindən respublikanın ittifaqa üzv olmaq üçün atmalı olduğu “doqquz addım” müəyyən edilib.
İradə Cəlil, Bizimyol.info